“Biz UEFA olaraq, daim AFFA-nı dəstəkləyirik”
Tarix: 02.03.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Tbilisidə “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda sammit işə başlayıb. Tədbirdə kütləvi futbolun inkişaf perspektivləri müzakirə olunub.
Sammitdə Azərbaycanı AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və “Grassroots” proqramının əlaqələndiricisi Cahangir Həsənzadədən ibarət nümayəndə heyəti təmsil edir. Tədbirdə, həmçinin idman mütəxəssisləri, UEFA-nın nümayəndələri ilə yanaşı, Şərqi Avropa ölkələrinin dövlət və hökumət rəsmiləri də iştirak edirlər. UEFA-nın marketinq üzrə meneceri Noel Muni tədbiri açaraq, dünyada və Avropada idmanın inkişafı, kütləvi futbolun, eləcə də UEFA-nın inkişaf proqramının əhəmiyyəti barədə məlumat verib. Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze çıxışında ölkəsində idmanın inkişafı sahəsində görülən işlərdən danışıb. Sammitdə bildirilib ki, Avropanın ali futbol qurumu üç il əvvəl “UEFA GROW 2020” pilot layihəsinin icrasına başlayıb. Avropanın 55 ölkəsinin qoşulduğu bu layihəyə əsasən, futbolun inkişafı ilə bağlı dörd istiqamət - kütləvi futbolun inkişafı, futbol əlaqələrinin idarə olunması, rəqəmsal idarəetmə, iştirak və kommersiya müəyyən edilib. Qeyd olunub ki, bu gün Qərbi Avropa ölkələrində kütləvi futbolun inkişafı bütün təbəqələri əhatə edir. Müxtəlif ölkələrdə dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, ailələr də bu işə fəal qoşulublar. Şərqi Avropa ölkələrində isə kütləvi futbolun inkişafı ilə, əsasən, federasiyalar məşğul olur. Sammitə dövlət və hökumət nümayəndələrinin dəvət olunması Şərqi Avropada kütləvi futbolun inkişafına dövlət strukturlarının marağını artırmaqdır. Tədbirdə kütləvi futbolun inkişafı sahəsində Qərbi Avropa ölkələrinin təcrübəsi və onun tətbiqi ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb. Sammitdə Elxan Məmmədov AFFA-nın “GROW 2020” inkişaf proqramına dair təqdimatla çıxış edib. Baş katib AFFA-nın beşillik fəaliyyət strategiyası, habelə kütləvi futbolun inkişafı ilə əlaqədar Şərqi və Qərbi Avropa ölkələrinin fərqli xüsusiyyətləri, onların kütləvi futbolda üzləşdiyi əsas problemlər barədə məlumat verib. Xatırladaq ki, Azərbaycanda “UEFA GROW” əməkdaşlıq proqramının icrasına iki il əvvəl başlanılıb. UEFA-nın marketinq üzrə baş meneceri Noel Muni jurnalistlərə deyib ki, AFFA Azərbaycanda idmanın, xüsusən də futbolun inkişafı ilə əlaqədar böyük işlər görüb. UEFA bir sıra təşkilatlar, o cümlədən AFFA ilə əməkdaşlığa böyük önəm verir: “İnanırıq ki, AFFA daha böyük uğurlar qazanacaq”. Baş menecer bildirib ki, “UEFA GROW” layihəsində 55 ölkə iştirak edir. AFFA bu ölkələrin müvafiq təşkilatları arasında ən öndə gedən qurumlardan biridir: “Əslində, UEFA bu inkişaf layihəsini ilk dəfə AFFA ilə birlikdə reallaşdırmağa başlayıb. Bunun nəticəsində AFFA özünün strategiyasını hazırlayıb. Bu strategiyada kütləvi futbolun inkişafı, güclü klubların sayının artırılması əsas prioritetlərdəndir. Biz UEFA olaraq, daim AFFA-nı dəstəkləyirik və bu, davam edəcək. Noel Muni UEFA-nın fəaliyyəti barədə danışarkən deyib ki, təşkilat beynəlxalq idman yarışlarının, çempionatların təşkili, eləcə də kütləvi futbolun inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info