Dodon Moldovanın geosiyasi prioritetlərini dəyişə biləcəkmi?
Tarix: 02.03.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Moldova dövlət başçısı parlamenti buraxmaq səlahiyyəti əldə etmək istəyir: növbədənkənar seçki referendumla təyin edilə bilər

Moldova dövlət başçısı Dodon parlamentə yeni qanun layihəsi təqdim edib. Layihə dövlət başçısına parlamenti buraxmaq səlahiyyəti verən konstitusiya dəyişikliyi ilə bağlıdır. Parlament referendum çərçivəsində xalqın iradəsinin 12 ay ərzində ifadə etmədiyi halda, qanunverici orqan dövlət başçısı tərəfindən buraxılacaq.
Dodon bildirib ki, milli suverenlik xalqa məxsusdur və qanunverici orqan da referendumun nəticələrini yerinə yetirməyə borcludur. Qanun layihəsində referendumun qeyd edilməsi təsadüfi deyil. Hələ seçki kampaniyası zamanı Dodon növbədənkənar parlament seçkisi keçirməyi vəd etmişdi. Amma bu gün prezidentin belə bir səlahiyyəti yoxdur. Ona görə də Dodon növbədənkənar parlament seçkisi keçirilməsi ilə bağlı ümumxalq referendumu təşəbbüsünü irəli sürür. Ona görə də hazırlanan qanun layihəsində yazılıb ki, qanunverici orqan referendumun nəticələrini məcburi şəkildə yerinə yetirməlidir. Referendumda xalq növbədənkənar seçkiyə razılıq versə, parlament buraxılacaq. Dodon bildirib ki, parlamentin buraxılması parlament fraksiyaları ilə məsləhətləşmədən sonra həyata keçiriləcək. Belə praktika Fransada mövcuddur. Qanun layihəsində qeyd edilib ki, prezident referendumdan sonra parlamenti buraxa bilər. Moldova dövlət başçısı hesab edir ki, ölkənin əsas qanununda üzərinə düşən vəzifələri yerinə yetirməyən deputatların cəzalanması qaydası yoxdur. Yeni tətbiq ediləcək qaydalarda isə bu cəzasızlıq aradan qaldırılacaq. Maraqlı məqamlardan biri də odur ki, əgər prezidentin istefası ilə bağlı keçiriləcək referendum mənfi nəticələnsə və ya Konstitusiya Məhkəməsi nəticələri tanımasa, parlament avtomatik buraxılacaq. İqor Dodon layihəyə bu maddənin salınmasını belə izah edib ki, parlament dövlət başçısının istefası tələbi ilə referendum keçirmək haqqında qərar verə bilər. Əgər xalq referendumda bu istəyin əleyhinə çıxarsa, onda xalqın etimadını itirmiş parlament buraxılacaq. Prezidentin təşəbbüsündə parlamenti buraxmağın daha bir yolu qeyd edilib - qanunverici orqan 2 ay müddətində büdcəni təsdiqləməsə, buraxılacaq. Son 7 ildə Moldovada büdcənin vaxtında təsdiqləndiyi hal olmayıb. İqor Dodon açıqlamasında bildirib ki, xalqın səsverməsi ilə seçilmiş prezidentin onların iradəsini ifadə etmək, layihələri həyata keçirmək üçün kifayət qədər legitimliyi var: “Moldova vətəndaşlarının əksəriyyəti hesab edir ki, hökumət ölkəni düzgün yolla aparmır. Belə vəziyyətdən yeganə çıxış yolu növbədənkənar parlament seçkiləridir. Mən deputatlardan bu layihəni martın 24-nə qədər dəstəkləməyi gözləyirəm. Əgər həmin vaxta qədər lazım olan sayda deputat dəstəyi qazanılmasa, onda vətəndaşların imzası təşəbbüsünü reallaşdıracam. Birbaşa xalq səsverməsi ilə seçilmiş Moldova dövlət başçısının xüsusi hallarda parlamenti buraxmaq səlahiyyəti olmalıdır”. “Nezavisimaya qazeta” yazır ki, vətəndaş imzası ilə bu məsələni həll etmək mümkün olacaq. Parlament spikeri və çoxluğunun təşəbbüsə müqavimət göstərək istəyi kütləvi aksiyalara səbəb ola bilər. Belə aksiyalar 2015-26-cı illərdə 3 dəfə hökumətin dəyişməsinə səbəb olub. Deputatlar da yaxşı başa düşür ki, növbəti dəfə hökuməti qurban verməklə əhalini razı salmaq mümkün olmayacaq. Deməli, Dodonun növbədənkənar parlament seçkisi keçirmək üçün əlavə səlahiyyət əldə edəcəyini proqnozlaşdırmaq mümkündür. Böyük ehtimalla Dodonun başçılıq etdiyi sosialistlər yeni parlamentdə çoxluğu əldə edərək ölkənin siyasi kursunda dəyişiklik edəcək. Dodon parlament çoxluğu ilə Moldovanın geosiyasi prioritetlərini dəyişməyə - Avropa İttifaqı və NATO-dan imtina etməyə çalışır.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info