“ABŞ ölkələrin öz yollarını seçmək hüququna hörmətlə yanaşır”
Tarix: 02.03.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Obama hakimiyyəti Amerika xarici siyasəti üçün bir sıra faciələri də irs olaraq qoyub”

“Amerika eyni ortaq maraqlar və yeni əməkdaşlıq yaratmaq istiqamətində dostluq əlaqələri qurmağa hazırdır”- deyə ABŞ prezident Tramp konqresdə çıxışı zamanı bildirib. O, hakimiyyətin amerikalıları “İŞİD” terrorundan qorumaq üçün ciddi tədbirlər gördüyünü bildirib.
ABŞ prezidenti çıxışı zamanı “İŞİD”-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib:
“Bu düşməni yer üzündən silmək üçün biz, müsəlman ölkələr arasındakı dost və müttəfiqlərimizlə çalışacağıq. Vədimə əməl edərək, Müdafiə Nazirliyinə “İŞİD”-in məhv edilməsi planı hazırlamağı tapşırmışam”. Onun sözlərinə görə, “İŞİD” - dinindən asılı olmayaraq kişi, qadın və uşaqları qətlə yetirən vəhşilərdən ibarət qanunsuz qruplaşmadır. O deyib ki, qaçqınların evlərinə dönməsi və bərpa prosesinin başlanması üçün şəraitin yaradılması qaçqın probleminin yeganə və doğru həll yoludur: “Biz keçmişin səhvlərindən nəticə çıxarmalıyıq - biz dünyada tüğyan edən irimiqyaslı müharibələr və dağıntıların şahidi olmuşuq... Qaçqınların təhlükəsiz evlərinə dönməsi və uzunmüddətli bərpa prosesinin başlanması üçün şəraitin yaradılması humanitar fəlakətlərin yeganə uzunmüddətli həll yoludur”. Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki komandanı general Cozef Votel bundan əvvəl Suriyanın bəzi rayonlarında “təhlükəsiz zonalar”ın yaradıla biləcəyini qeyd edib. Amerikalı prezident NATO-nu dəstəkləməklə yanaşı, müttəfiqlərindən maliyyə öhdəliklərinə əməl etməyi tələb edib. Tramp bildirib ki, o, digər dövlətlərin öz yollarını seçmək hüququnu tanıyır: “Müstəqil ölkələr insanların öz fikirlərini ifadə etmək üçün ən yaxşı vasitədir. Ona görə də ABŞ ölkələrin öz yollarını seçmək hüququna hörmətlə yanaşır. Mən Amerika Birləşmiş Ştatlarının prezidenti kimi Vaşiqtonun da müxtəlif zaman kəsiyində kifayət qədər münaqişələrlə üzləşdiyini bilirəm”. Ölkəsinin bu gün də başqa ölkələri öz arxasınca aparmağa hazır olduğunu bildirən ABŞ rəhbərinin sözlərinə görə, dost və düşmən olmasından asılı olmayaraq bütün dünya xalqları yenə də Amerikanı güclü, qürurlu və azad ölkə kimi görəcəklər. Müraciətində özündən əvvəlki ölkə rəhbərinin fəaliyyətinə toxunan Tramp qeyd edib ki, Obama hakimiyyəti Amerika xarici siyasəti üçün bir sıra faciələri də irs olaraq qoyub. Tramp müraciəti zamanı konkret faktlara istinad etməsə də, təbii ki, ilk öncə onun dəfələrlə dilə gətirdiyi Yaxın Şərqdəki vəziyyət nəzərdə tutulub. Donald Tramp miqrantlarla bağlı məsələyə də toxunub. O hesab edir ki, ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə, miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir: “Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”. Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların orta sinfin nümayəndəsi olmasına yardım edəcək. Tramp real və müsbət miqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmlənməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”. Tramp konqresdə çıxışı zamanı deyib ki, ABŞ Meksika ilə sərhəddəki divarı qrafikdən əvvəl inşa etməyə başlayacaq: “Biz yaxın zamanda cənub sərhədimiz boyunca böyük səddin inşasına başlayacağıq. Biz tikintiyə qrafikdən əvvəl başlayacağıq. Tikinti işləri başa çatdıqdan sonra sədd narkotiklər və cinayətkarlıqla mübarizədə ən səmərəli silah olacaq” Tramp bundan əvvəl də səddin tikintisinə planlaşdırılmış müddətdən daha tez başlanacağını vəd etmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info