“Bakı ilə birbaşa aviareysin açılmasında maraqlıyıq”
Tarix: 02.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Neapol və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlıyıq”. Bu sözləri İtaliyanın Neapol şəhərinin meri Luici de Magistris Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib. Görüşdə mer İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.
2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayan Luici de Magistris Neapol və Bakı arasında qardaşlıq əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. O diqqətə çatdırıb ki, iki şəhər arasında turizm əlaqələrinin inkişafı çox vacibdir. Neapol və Bakı arasında birbaşa aviareysin açılması bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Neapol-Bakı Assosiasiyanın prezidenti Cüzeppe Kaniliya təşkilatın fəaliyyətindən qısa söhbət açaraq, assosiasiyanın yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsində yaxından iştirak etdiyini və bir sıra tədbirlərin təşkilatçısı olduğunu bildirib. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu və hazırda strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. Səfir Bakı ilə Neapol arasında qardaşlıq əlaqələrinin iki ölkənin münasibətlərində əhəmiyyətini qeyd edərək, bunun daha da dərinləşdirilməsi istiqamətində Neapol merinin dəstəyinə görə təşəkkür edib. Assosiasiya tərəfindən tədbirə dəvət olunan Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. Merə ölkəmizlə bağlı məlumat verən deputat Neapolla Bakı arasında əməkdaşlığın inkişafı, iqtisadi, mədəni və turizm sahələrində əlaqələrin daha da genişlənməsi üçün böyük imkanların olduğunu vurğulayıb və əməkdaşlığın daha da genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu vurğulayan Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, hökuməti və parlamentinin İtaliya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial məsələdə İtaliyanın ədaləti dəstəkləməsinin önəmindən danışan deputat Xocalı soyqırımının 25-ci ildönümündə İtaliya Senatında ədaləti dəstəkləyən çıxışlar edən senatorların mövqeyini yüksək qiymətləndirdiyini və İtaliyanın daim ədalətin yanında olacağına əminliyini vurğulayıb. Səfir Xocalı soyqırımı ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu qeyd edib. Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaş kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını, prezidentliyi dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. O, Neapol və Bakı arasında qardaşlaşma protokolunun imzalanmasını da məhz bu dahi şəxsiyyətin hakimiyyət illərinə təsadüf etdiyini xatırladıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info