Fevralda əlavə olaraq 38 min nəfər şəxsə fərdi şəxsi hesab açılıb
Tarix: 02.03.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq fərdi şəxsi hesab açılanların sayında artım dinamikası cari ilin fevral ayında da davam edib. 
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ay sistemdə əlavə olaraq 37 846 nəfər şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki yanvar ayı (21 545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur. 
Beləliklə, 1 mart 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan vətəndaşların sayı  ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox, yəni 3 431 299 nəfər təşkil edib. Onlardan 59,5 faizi kişilər, qalanları isə qadınlardır. 
Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 685 226 nəfər (20 faiz), 30-40 yaşlarında olanlar 885 389 nəfər (25,8 faiz), 40-50 yaşlarında olanlar 682 563 nəfər (19,9 faiz), 50-60 yaşlarında olanlar 715 281 nəfərdir (20,8 faiz). Qalan sığortaolunanlar 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.  
Fərdi uçot sistemi Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olmaqla,  əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün  hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açıldıqdan sonra bunu təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir. 
Sığortaolunan onun üçün açılmış fərdi şəxsi hesabında gələcək pensiya təminatı üçün kapitalı toplamaq imkanı əldə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə  sığortaolunan fərdi şəxsi hesabındakı öz pensiya kapitalının toplanmasına mütəmadi nəzarəti də həyata keçirə bilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info