Abşeronda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçiriləcək
Tarix: 02.03.2017 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təmin etmək məqsədi daşıyan aksiya Abşeron rayonunda da yüksək səviyyədə təşkil olunub. Kütləvi pulsuz tibbi müayinələrin aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib edilib. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.
Əhalinin profilaktik müayinəsi rayonun 4 tibb müəssisəsində - Abşeron Rayon Mərkəzi Poliklinikası, uşaq poliklinikası, Saray qəsəbə xəstəxanası və Mehdiabad həkim ambulatoriyasında həyata keçirilir. Tərtib edilmiş qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarında 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçəcək.
Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, rayonun kənd və qəsəbələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb.
Tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Ehtiyac yarandıqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.
Fevralın 15-dən martın 1-dək 27 min 100 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 215 nəfər ambulator, 78 nəfər isə stasionar müalicəyə cəlb olunub.
Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır və kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçənlər xeyirxah aksiyanı yüksək qiymətləndirir, qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info