“İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələrə başlanılıb
Tarix: 02.03.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələr keçirilir.
BŞTİ-dən bildiriblər ki, səyyar mühazirələr Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.
“İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzularında keçirilən mühazirələrdə IX-XI sinif şagirdləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını söyləyiblər.
Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizm və ekstremizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxlu sayda xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib.
Qeyd edək ki, mart-aprel aylarında “İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 34 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info