Dünya Bankı aqrar sahədə yeni layihələrə dəstək verəcək
Tarix: 02.03.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun praktika meneceri Culian Lampietti, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Dünya Bankının ölkəmiz üzrə nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Rufiz Çıraqzadə ilə görüşüb.
Nazir Heydər Əsədov Azərbaycanda kənd təsərrüfatının inkişafında Dünya Bankı tərəfindən reallaşdırılan layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verildiyini bildirib. Heydər Əsədov ölkəmizdə kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu deyərək, ölkə rəhbərliyi tərəfindən aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib. Nazir Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb, yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, o cümlədən İkinci Kənd İnvestisiya və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihələrinin müsbət nəticələr verdiyini, fermer və sahibkarların bundan bəhrələndiyini, bu layihələrin bir daha nəzərdən keçirilərək təkmilləşdirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. Gələcək inkişaf əlaqələrindən danışan nazir Dünya Bankının aqrar sahədə həyata keçirdiyi layihələrin Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, infrastrukturun yaradılmasına, kənd təsərrüfatı sahəsi üzrə kreditlərin verilmə mexanizmində dəyişikliklərin olunmasına, yeni müasir texnologiyaların fermerlərə ötürülməsinə, nümunəvi fermer təsərrüfatlarının və özəl baytarlıq xidmətlərinin yaradılmasına yönəldilməsini məqsədəuyğun hesab edib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun praktika meneceri Culian Lampietti 12 ildən sonra Azərbaycana yenidən səfərində ölkəmizdə baş verən dəyişikliklərə və iqtisadi inkişafa heyran olduğunu vurğulayıb, əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirib. O, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu, Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərlə tanış olduğunu və yeni layihələrin həyata keçirilməsinə Dünya Bankı tərəfindən dəstək veriləcəyini diqqətə çatdırıb.
Sonda hər iki tərəf ekspertlər səviyyəsində müzakirələrin aparılmasını və gələcək əməkdaşlığın davam etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info