İslam dini xalqımızın milli-mənəvi dəyərlərinin əsasını təşkil edir
Tarix: 02.03.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və İslam mədəniyyəti” mövzusunda keçirilən növbəti məşğələsində danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Rektor qeyd edib ki, 1994-cü ilin iyul ayında Ulu Öndərin müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti İslam dünyasının diqqət mərkəzində olub. 1996-cı və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi ilə dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyulub, dövlətin din sahəsinə və dindarlara qayğısı artıb. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxışında vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı müstəqil Azərbaycan Respublikasının şərəfli tarixi var. Bu tarixin böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərib. Qüdrətli şəxsiyyət bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoyub. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycanda dini etiqad azadlığının qorunması və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün əhəmiyyətli işlər görür. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmiz multikultural dəyərlərin yaşadıldığı və təbliğ olunduğu bir məkan kimi dünyada şöhrət qazanıb.
Vurğulanıb ki, muxtar respublikada da dini tolerantlıq mühiti mövcuddur. 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar respublikada radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info