BMT-nin hesabatı əməkdaşlıq ruhunu əks etdirmir, tarazsız və birtərəflidir
Tarix: 02.03.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


2016-cı ilin sentyabrında Azərbaycana səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatı Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmir, tarazsız və birtərəflidir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyasında Yüksək Səviyyəli Seqmentdə çıxışında deyib.
M.Məmməd-Quliyev bildirib ki, ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib. Bu xüsusda, o, Azərbaycan vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək məqsədilə cari ilin yanvar ayında tətbiqinə başlanmış xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanını qeyd edib, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə dövlət başçısının 10 fevral 2017-ci il tarixli sərəncamı haqqında sessiya iştirakçılarına məlumat verib.
Nazir müavini ölkəmizin BMT-nin İHŞ və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb, İHŞ-nin xüsusi nümayəndələri və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirib. Eyni zamanda, o, 2016-cı ilin sentyabrında ölkəmizə səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş nazir müavini M.Məmməd-Quliyev, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini həmçinin, iki gün öncə Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Bununla bağlı M.Məmməd-Quliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırıb.
Səfər çərçivəsində nazir müavini M.Məmməd-Quliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. Nazir müavini M.Məmməd-Quliyev BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi ilə qeyd olunub. BQXK-nın prezidenti P.Maurer təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirərək, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Səfər zamanı nazir müavini M.Məmməd-Quliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmud ilə görüşüb. Görüşdə Azərbaycan və BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb, Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş azərbaycanlıların vəziyyəti, onların öz doğma torpaqlarına qayıtması məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanıb.
Səfər müddətində nazir müavini M.Məmməd-Quliyev həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşüb. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilmiş və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd etmiş nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirib. F.Qarri Azərbaycanın ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd etmiş və qarşılıqlı əməkdaşlığın daha da geniş şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, fevralın 27-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası öz işinə başlayıb. Sessiyanın 27 fevral-1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı, BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info