Alman gəncləri əllərində plakat “Xocalıya ədalət” istədilər
Tarix: 02.03.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Almaniyanın Hagen şəhərinin bir qrup gənci Xocalı şəhidlərini anıblar. Tədbir Almaniyada yaşayan peşəkar boksçu Ağəli Alışov tərəfindən təşkil olunub.
Öncə Xocalı faciəsi ilə bağlı film izlənilib. Sonra Ağəli Alışov alman gənclərinə bu hadisənin necə, nə vaxt, kimlər tərəfindən törədildiyini çatdırıb. O, çıxışında Xocalı soyqırımı zamanı qətlə yetirilən kişi, qadın, eləcə də körpələr haqqında da danışıb. Söhbət əsnasında Ağəli Alışov azərbaycanlıların necə qonaqpərvər və sülhsevər bir millət olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları əllərində plakat şəhərin mərkəzində yürüş ediblər.
Qeyd edək ki, alman gənclərindən bəziləri hətta sosial şəbəkələrdə yürüşdən şəkilləri öz profillərində paylaşıblar.
Ağəli Alışov “Palitra”ya bildirib ki, iki ildir Xocalı soyqırımı ilə bağlı tədbir edir: “Almaniya ictimaiyyətinə Xocalıda insanlığa qarşı törədilən vəhşiliyi catdırmağa çalışıram. İlk dəfə olaraq Almaniya gəncləri əllərində plakat Xocalıya ədalət istədilər”


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info