“Mehriban Əliyeva ona göstərilən etimadı doğruldacaq”
Tarix: 02.03.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi Bolqarıstan KİV-nin diqqət mərkəzində olub

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük təcrübəsi, dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr ölkənin beynəlxalq miqyasda rolunun daha da artmasına stimul verəcək”.
Bu fikri Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri vətəndaşı olduğu Veliko Tırnovo şəhərinin meri Daniel Panov bildirib.
Mer Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun artıq dünyanın hər yerindən qonaqları qəbul etdiyini minnətdarlıqla vurğulayıb. O qeyd edib ki, Azərbaycan gələcəkdə də multikultural müxtəlifliyin təşviqini davam etdirəcək, dünyaya tolerantlıq və demokratiya nümunəsi olacaq.
Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bonjolov isə deyib ki, Veliko Tırnovo Universitetinin fəxri doktoru Mehriban Əliyevanın belə yüksək etimada layiq görülməsi bu ali təhsil ocağının bütün kollektivi üçün böyük şərəfdir. O, əminliklə vurğulayıb ki, böyük peşəkarlığa, yüksək intellektə və zəngin təcrübəyə malik Mehriban Əliyeva ona göstərilən bu etimadı doğruldacaq, Azərbaycan Respublikasının sülh və rifah vahəsi kimi daha da güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Rektor Mehriban Əliyevanın humanizm, tolerantlıq və multikulturalizm naminə gördüyü işlərin yüksək dəyərə malik olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Bolqarıstan mətbuatının da diqqət mərkəzində olub.
Bolqarıstanın nüfuzlu “Focus”, “Pik”, “Blitz” xəbər agentlikləri, BTV televiziya kanalı, “Standart”, “24 Çasa”, “Seqa”, “Zemya” qəzetləri, Frognews.bg, Mediapool.bg, Dnesplus.bg informasiya portalları Mehriban Əliyevanın həyat və fəaliyyəti, onun gördüyü işlər, Birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə məlumatlar yayıblar.
Yayılan informasiyalarda Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları, bu islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması haqqında da məlumat verilir.
Məlumatlarda, həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına etdiyi maliyyə töhfəsindən, qoruğun ötən ilin sentyabr ayında keçirilmiş açılış mərasimində onun özünün iştirakından, Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adlarına layiq görülməsindən, ölkədə və xaricdəki fəal ictimai fəaliyyətindən bəhs edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info