Azərbaycan Sahibkarlar Konfederasiyası yeni layihəyə start verib
Tarix: 02.03.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” yaxın 10 il üçün əsas hədəfləri müəyyən edib. Bu strateji xəttin uğurlu icrası, dövlət-sahibkar münasibətlərində şəffaflığın təmin edilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyinin artırılması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası yeni layihəyə start verib.
Bu məqsədlə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər” mövzusunda 120-dən çox iş adamı ilə görüş keçirilib.
Bildirilib ki, layihənin məqsədi yaxın aylarda sahibkarları narahat edən məsələlərin dövlət qurumları ilə birgə müzakirəsini aparmaq, bu sahənin inkişafına əlavə stimul verə biləcək tədbirləri reallaşdırmaq və dövlətin sahibkarlara göstərdiyi dəstəkdən hər bir hüquqi və fiziki şəxsin maksimum yararlanmasına şərait yaratmaqdır. Bu da təsadüfi deyil. Çünki bu gün ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun payına düşür. Ona görə də Azərbaycan Sahibkarlar Konfederasiyasının bir koordinasiya institutu olaraq strateji yol xəritəsindəki hədəflərə qısa zamanda effektiv şəkildə çatmaq üçün həyata keçirdiyi layihələrdən biri də sahibkarla dövlət qurumları arasında dialoqun təşkilidir. Budəfəki görüşdə Vergilər Nazirliyi ilə sahibkarlar birgə müzakirələr aparıblar.
Görüşdə əsasən son vaxtlar vergi sistemində aparılan islahatlar, onun sahibkarlığın inkişafına verəcəyi töhfələrdən danışılıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, 2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatların yeni dövrünün başlanğıcı elan olunub. Ona görə də öz ətrafında 600 mindən artıq hüquqi və fiziki şəxsi birləşdirən Konfederasiya bu islahatların önündə getməyə çalışır. Bunun üçün zəruri olan bütün addımlar atılır, sahibkarlara maddi və hüquqi dəstəyin coğrafiyası genişləndirilir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov sahibkarlarla birbaşa dialoqun aparılmasının təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, məmur-sahibkar münasibətlərində şəffaflığın təmin edilməsində və süni maneələrin aradan qaldırılmasında belə görüşlərin keçirilməsi çox səmərəlidir. Müşavir deyib ki, Prezidentin 2016-cı il 4 avqust tarixli Sərəncamı ilə vergi sistemində böyük islahatlar başlayıb. Bu islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi güzəştlərinin tətbiqinə qədər bütün sahələri əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ayda 96 mindən çox vergiödəyicisinin 727 milyon manat həcmində vergi borcu silinib, daha 26 min 700 ödəyiciyə isə 357 milyon manat həcmində vergi borcunun müəyyən şərtlərlə silinməsi üçün imkan yaradılıb. Eləcə də məmur-sahibkar ünsiyyəti minimuma endirilib. Artıq vergiödəyicisinə məlumat və xəbərdarlıqlar bildiriş və yaxud SMS vasitəsilə çatdırılır. Vergi ödəmələri və bəyannamələri elektron formada aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info