“İslam ensiklopediyası”nın hazırlanması üçün dünya ölkələrinin təcrübəsi öyrənilir”
Tarix: 02.03.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq uşaqlar və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanması məqsədilə hazırda dünya ölkələrinin təcrübəsi öyrənilir. Bu barədə AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Gündüz İsmayılov qeyd edib ki, daha sanballı ensiklopediyanın nəşri üçün həm İslam, həm Avropa ölkələrinin təcrübəsi araşdırılır. Ensiklopediyanın hazırlanması üçün Redaksiya Şurası yaradılıb və bu işə Azərbaycanın tanınmış ilahiyyatçıları, pedaqoqları cəlb olunacaq.
Dövlət Komitəsi sədrinin müavini bildirib ki, uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanmasında əsas hədəf İslamla bağlı düzgün maarifləndirmə aparmaqdır. Çünki araşdırmalar göstərir ki, dini radikalların əsas hədəfi yeniyetmə və gənclər olur. Ona görə də bu yaş qrupunda olan insanlar arasında maarifləndirmə daha çox aparılmalıdır. Bu baxımdan Dövlət Komitəsi digər qurumlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə gənclər təşkilatlarında, Silahlı Qüvvələrdə, cəzaçəkmə müəssisələrində, ali və orta təhsil müəssisələrində maarifləndirmə işini daha çox aparır.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info