Rusiyalı deputata “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub
Tarix: 02.03.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevə “Azərbaycanım” (“Moy Azerbaycan”) beynəlxalq jurnalı tərəfindən təsis edilmiş “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.
Ordeni Dmitri Savelyevə jurnalın redaktoru Emil Nəsirli təqdim edib. E.Nəsirli deyib: “Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev Azərbaycan haqqında həqiqətlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür”.
Ordenə görə minnətdarlığını bildirən Dmitri Savelyev qeyd edib ki, Azərbaycan bütün sahələrdə Rusiyanın əsas tərəfdaşlarından biridir və dünyadakı mürəkkəb vəziyyətə baxmayaraq, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində öz uğurlu inkişafını davam etdirir. Azərbaycanın demokratiya və multikulturalizm prinsiplərinə əsaslanan müstəqil xarici siyasəti ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə imkan yaradıb.
Xocalı faciəsinə də toxunan rusiyalı deputat bu qətliamı təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın kədəri və insanlığa qarşı cinayət kimi dəyərləndirib.
Dmitri Savelyev beynəlxalq jurnalın kollektivinə hər iki ölkənin rifahı naminə ictimai və peşəkar fəaliyyətdə uğurlar arzulayıb. Əmin edib ki, bundan sonra da Rusiya və Azərbaycanın maraqlarını qoruyacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info