«Ermənistan dövləti üçün vətəndaşlarının faciəsi heç bir əhəmiyyət kəsb etmir»
Tarix: 13.04.2013 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Rusiya hərbi bazasının tank poliqonunda partlayış nəticəsində həlak olan iki erməni uşağının ailəsi onların dəfn mərasimini keçirmək üçün vəsait tapa bilmir”

Ermənistanın Şirak əyalətində yerləşən Rusiya hərbi bazasının tank poliqonunda mərmi partlayışı nəticəsində həlak olan iki erməni uşağının ailəsi onların dəfn mərasimini keçirmək üçün vəsait tapa bilmir.
«Jamanak» nəşri bu haqda «QALA-TV»yə istinadən məlumat yayıb. Vaqramaberd kəndinin rəhbəri Aqvan Martirosyan televiziyaya verdiyi açıqlamada uşaqların onların kəndindən olduğunu təsdiqləyib. Tank poliqonunda həlak olan uşaqlardan birinin 10, digərinin isə 15 yaşı olub. «Jamanak» yazır ki, əgər bu uşaqların 18 yaşı olsaydı hərbi komissarlıq onları harada olsa tapıb hərbi xidmətə yollayacaqdı. Amma həmin iki uşaq indi həyatda yoxdur və onlarla heç kim maraqlanmır: «Heç bir dövlət strukturu, dövlət məmuru indiyə qədər bu ailə ilə maraqlanmayıb. Heç olmasa, ağır faciə yaşayan bu ailələrin dəfn mərasimi keçirməsinə yardım etmək lazımdır ki, onların ağır məişət durumları bir qədər də yüklənməsin. Üstəlik, bu faciə Ermənistanın müftə olaraq Rusiya hərbi bazasına təqdim etdiyi ərazidə baş verib. Rusiyanın 102-ci hərbi hissəsi Ermənistan ərazisində pul ödəmədən, havayı qalır. Bu azmış kimi, Ermənistan Rusiya hərbi bazasının yüklərinin daşınma və kommunal xərclərini də ödəyir. Ölən uşaqların ailələri kasıbdırlar və çox çətinliklə dolanırlar. Dövlət hətta situasiya ilə maraqlanmağa belə, vaxt tapmır. Ermənistan vətəndaşın, uşağın, ölkədə doğulmuş və böyümüş uşaqların dəyərli olduğu, həyatın dəyərli olduğu dövlət olmaq istəmir. Rusiya mərmilərinin partlaması nəticəsində təkcə Gümrünün iki yetkinlik yaşına çatmayan sakini parçalanmayıb, eləcə də yetkinlik yaşında olan Ermənistan dövləti, siyasi qüvvələri parçalanıb. Bu hadisə Ermənistan dövləti üçün insanların faciəsinin heç bir əhəmiyyət kəsb etmədiyini göstərir. Bu məsələdə dövlətin müdaxiləsi mütləq olmalı idi. Ermənistan vətəndaşı, gələcəyin əsgəri öz ölkəsində-başqa bir dövlətə verilmiş hərbi bazada ölüb. Bu hadisə hakimiyyətin, siyasi qüvvələrin əsas müzakirə mövzusu olmalı idi. Amma onlar öz siyasi maraqları ilə məşğuldurlar. Vətəndaşın həyatı və ya ölümü onlar üçün ancaq öz maraqlarına uyğun gələndə əhəmiyyət kəsb edir. İki uşağın ölümü məsələsi onların maraqlarına uyğun olmadığından dövlət üçün əhəmiyət kəsb etmir. Burada söhbət Rusiya hərbi bazasından gedir. Rusiya siyasi arenada Ermənistan üçün hakimiyyətdir. Ermənistanın Rusiyanı hansısa məsələyə görə narahat etməsi, tələblər irəli sürməsi mümkün deyil. Siyasi-iqtisadi anlamda bu sərfəli deyil. İndiki halda sərfəli olan susmaqdır. Çünki indiki situasiya Ermənstan üçün həlledici dövrlərdən biridir-növbəti dəfə piroq bölüşdürülür».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info