Türkiyədə PKK qruplaşmasının iki lideri öldürülüb
Tarix: 03.03.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK qruplaşmasının iki lideri öldürülüb.
Anadolu Agentliyi xəbər verir ki, Nusaybin şəhərinin Doğanlı məhəlləsində məhv edilən terrorçulardan biri - Soro ləqəbli Salih Kaplanın başına 1,5 milyon türk lirəsi (410 min dollar) həcmində mükafat qoyulmuşdu. PKK-nın Mardin əyalətindəki fəaliyyətinə məsul olan Soro terrorçuların Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş “mavi” siyahısında yer alırdı. Öldürülən digər PKK lideri Hacire Tanhan Mardində fəaliyyət göstərən qruplaşma tərəfdarları arasında nüfuzuna görə ikinci şəxs idi. Türkiyədə 2015-ci il iyul ayından bəri PKK-nın hücumları nəticəsində 900-ə yaxın hərbçi və polis, həmçinin 300-dən çox dinc sakin həlak olub. Türkiyə Silahlı Qüvvələri Baş qərargahının məlumatına əsasən, həmin müddət ərzində PKK qruplaşmasının 10 minə qədər üzvü öldürülüb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info