“ABŞ-da Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışan qüvvələr var”
Tarix: 03.03.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Washington Post” ABŞ-ın ədliyyə nazirinin ötən il keçirilən seçkidən əvvəl Rusiyanın bu ölkədəki səfiri Sergey Kiselyovla iki dəfə görüşməsi ilə bağlı məlumat yayıb

ABŞ Rusiya münasibətlərində gərginlik, belə görünür ki, öz axarı ilə getməkdədir. Bu gərginliyə təkan verə biləcək amillərdən biri də, təbii ki, bu günlərdə ABŞ-ın ədliyyə naziri ilə Rusiyanın Vaşinqtondakı səfiri arasında isti münasibətlərin ortaya çıxmasıdır. Buna baxmayaraq, Vaşinqton açıq mətnlə bildirir ki, Rusiya ilə münasibətlərdə yeni yüklənmə olmayacaq.
Qeyd edək ki, “Washington Post” nəşri ABŞ-ın ədliyyə naziri, baş prokuror Ceff Seşnin ötən il keçirilən seçkidən əvvəl Rusiyanın bu ölkədəki səfiri Sergey Kiselyovla iki dəfə görüşməsi ilə bağlı məlumat yayıb. Görüşlərdən biri, ötən ilin sentyabrında amerikalı senatorun kabinetində baş tutub. İkinci görüş iyul ayında keçirilib. Qeyd edilir ki, Seşn Rusiya Federasiyası nümayəndələri ilə əlaqəsini olub-olmaması barədə ABŞ Konqresində keçirilən dinləmədə bu görüşlər barədə məlumat verməyib. Bunlara istinad edən Nümayəndələr Palatasında Demokratlar Partiyasının lideri Nensi Pelosi baş prokurorun istefası tələbi ilə çıxış edib. Baş prokurorun mətbuat katibi Sara İsqur Flores deyilənləri dezinformasiya kimi dəyərləndirib. Mətbuat katibi Seşnin rusiyalı səfirlə görüşünün baş tutduğunu istisna etməyib . Amma həmin vaxt keçirilən görüşdə Ceff Seşnsin Tramp komandasının üzvü olmayıb. Digər tərəfdən mətbuat katibi Seşnin həmin vaxt Britaniya, Koreya, Hindistan, Çin də daxil olmaqla 25 ölkə səfiri ilə görüşdüyünü qeyd edib. Rusiyalı ekspert Lomonosov adına MDU-nin kafedra müdiri, dosent Aleksey Fenenko bildirib ki, Amerika Birləşmiş Ştatlarında Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışan qüvvələr var: “Diqqət yetirin, bu artıq Kiselyovla bağlı ikinci qalmaqaldır. Lakin onları fakt qarşısında qoymaq o qədər də çətin deyil. Təəssüf ki, bütün baş verənlər Rusiya ilə münasibətləri kəsməyə hesablanıb”. Onun fikrincə, yaranmış şəraitdə Seşns, hətta istefaya getməyəcəyi təqdirdə belə, “şübhə kölgəsi” onun yaxasında asılı qalacaq: “Bununla yanaşı, onun hərəkətlərinə də məhdudiyyət qoyulacaq ki, bu da Rusiyaya “bizdən yeni münasibət gözləməyin” mesajıdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info