Ruben Ovsepyan: “Əkrəm Əylisliyə maddi yardım göstərməyə hazırıq”
Tarix: 13.04.2013 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bir neçə gün bundan qabaq Əkrəm Əylislinin “Daş yuxular”ının erməni dilinə tərcümə olunması məsələ ilə bağlı vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Ermənistan KİV-nin verdiyi məlumata görə, romanı çap edən “Nork” nəşriyyatının sahibi, publisist Ruben Ovsepyan Əkrəm Əylisli ilə bağlı maraqlı fikirlər səsləndirib. O, elektron poçt vasitəsilə yazıçı ilə əlaqə saxladıqlarını, amma romanın erməni dilində çapına icazə almaq və şərtləri müzakirə etmək istəklərinin baş tutmadığını qeyd edib və bildirib ki: “Yazıçı cavab verməyib, lakin bu, o demək deyil ki, romanın tərcüməsinə icazə verməyib. Biz ehtimal edirik ki, bizim mesajlar ona çatmayıb, onun elektron adresi bağlanıb. Mən dünyada elə bir yazıçı tanımıram ki, kitabının erməni dilinə tərcümə olunmasına razılıq verməsin. Əgər Əylisli nə vaxtsa başqa bir ölkəyə getsə və onun hansısa maliyyə və digər problemləri yaransa, biz ona müvafiq kompensasiyanı ödəməyə hazırıq”. Bu azmış kimi Rüstəm İbrahimbəyov Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan dövlətinin ərazi bötüvlüyünü şübhə altına salan anti-milli bəyanatlar səsləndirib. Hər iki məsələ ölkə ictimaiyyətinin kəskin qınağına, etirazlarına səbəb olub.
“Əylislilərdən,
İbrahimbəyovlardan nə
dövlətimizə, nə də millətimizə fayda gözləməyə dəyməz”


Məsələ ilə bağlı Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin fikirlərini öyrəndik: “Məsələ ondadır ki, bu iki şəxsin hər ikisinin içində Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı bir kin var. Onların, xüsusən də, son zamanlar daha qabarıq görünən əməlləri bunu deməyə ciddi əsas verir. Bu şəxslərin hər ikisi açıq şəkildə Azərbaycana qarşı əməllər törətməkdədirlər. Əkrəm Əylisli bir “Daş yuxular” romanı yazmaqla yüz illər bundan sonra da başımıza bəla olacaq əmələ imza atıb, Rüstəm İbrahimbəyov isə özünün təbirincə desək, “bakinets” adlandırdığı və əslində, erməni-rus qarışığından ibarət olan bir “millət” üçün darıxdığını təkrar-təkrar dilə gətirməklə qalmır, bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu şübhə altına alacaq fikirlər belə, səsləndirir. Yəni bu adamlar bu yolla şəxsi maraqlarını və nəfslərini millətin və dövlətin maraqlarından üstün tutduqlarını göstərirlər. Təəssüflər olsun ki, müxalifətçiliyi vərdişə çevirmiş bəzi gənclərimiz və siyasətçilərimiz də bunların belə məkrli hərəkətlərinə haqq qazandırırlar. Ziyalılıq heç də bir insanın tanınmış olması, diplomlu, təhsilli olması ilə ölçülmür. Bu şəxslər özlərinə ziyalı deyə bilər. Amma şəxsən mən onların heç birində ziya görmürəm və hiss etmirəm. Ziyalılıq millətin yanında olmaq, onun dərd-səri ilə yatıb-qalxmaq tələb edən bir kateqoriyadır. Bu insanlarda sadaladıqlarımız varmı? Əsla yoxdur! Onların addımları yalnız şəxsi maraqlarına hesablanıb. İstər Əylisli olsun, istərsə də İbrahimbəyov. Biz meydanlarda yatıb-qalxanda, rusun tankının qabağına sinəmizi verəndə bu şəxsləri heç yanımızda görmədik. Heç Qarabağ savaşında da bunların nə özləri, nə də əzizləri gözə dəymədilər. Belə olan halda bunların hərəkətlərini dəstəkləyənləri başa düşə bilmirəm. Demirəm ki, ölkədə müxalifətçilik edilməsin. Edilsin, ancaq baxır kiminlə və kimə qarşı. Hətta bugünlərdə biri mənə sübut etmək istəyirdi ki, “bu rejimdən qurtulmaq üçün şeytanın özü ilə də işbirliyinə hazırıq”. Mənsə izah etdim ki, Rüstəm İbrahimbəyov kimilər hakimiyyət başına gələcəyinə İlham Əliyev daha yüz il bu ölkənin prezidenti olsa yaxşıdır. Yəni bu Əylislilər, İbrahimbəyovların davası sırf şəxsi və antimillidir və belə olan halda bu adamlardan nə dövlətimizə, nə də millətimizə bir fayda gözləmək olmaz. Əlbəttə ki, onların ardınca gedənlər də yanlış yoldadırlar.”
“Əylisli kimilərin məqsədi
dövlətçiliyimizə zərbə
vurmaqdır”


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov mövzu ilə bağlı fikirlərini belə ifadə etdi: “Tarix boyu Azərbaycanın öz bütövlüyünü uzun müddət qoruyub saxlaya bilməməsinin səbəbi belə insanların xəyanəti olub. Ona görə Azərbaycan öz tarixi torpaqlarını itirirək kiçik dövlət halına gəlib. Təbii ki, biz Babəkin dövründən sonrakı mərhələni nəzərdən keçirsək, öz içimizdə xəyanətkarların olduğunu görərik. Bir məsələ var ki, hamı birmənalı şəkildə bu insanların xarici dövlətlərin və qüvvələrin diktəsi ilə hərəkət etdiklərini bilir. Azərbaycan elə bir coğrafi məkanda yerləşib ki, burada daim bir çox xarici dövlətlərin, xarici qüvvələrin maraqları toqquşub. Bu xarici qüvvələr öz maraqlarını həyata keçirmək üçün ölkəmizdə “zəif bənd” axtarırlar və çox təəssüf ki, həmin “zəif bənd”lər Azərbaycan dövlətinin bütün imtiyazlarından yararlanan, fəxri dövlət mükafatları ilə təltif olunmuş Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov oldu. Görünür, ölkəmizin inkişafını istəməyən qüvvələr belə insanları ələ almaqla Azərbaycan ziyalısının onlar kimi düşündükləri təsəvvürünü formalaşdırmaq istəyirlər. Əslində Azərbaycan ziyalısı bu cür düşünmür. Bu qaranlıq qüvvələrin və onlara xidmət edənlərin məqsədi dövlətçiliyimizə zərbə vurmaq, müstəqilliyimizi sarsıtmaqdır. Amma Azərbaycan əvvəlki kimi zəif deyil. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Azərbaycan gəncliyi də əvvəlki gənclik deyil ki, belə insanların arxasına düşüb onları dəstəkləsinlər. Düzdür, bəzi gənclər öz maraqlarından çıxış edərək ölkə daxilində sabitliyi pozmaq istəyən qüvvələrin toruna düşürlər. Lakin onların sırasında vətənpərvər gənclər də var. Sadəcə olaraq belə gənclər dünyada və regionda baş verən siyasi prosesləri anlamır, kor-koranə belə insanların aksiyalarına qoşulurlar. Əkrəm Əylislinin “Daş yuxular”ı Azərbaycan dövlətçiliyinə, xalqımıza, mentalitetimizə, Dağlıq Qarabağla bağlı həqiqətlərimizi dünyaya çatdırmaq üçün aparılan siyasətə, görülən işlərə vurulan zərbədir, tariximizə ləkədir. Rüstəm İbrahimbəyova gəldikdə isə onu deyə bilərəm ki, əgər özünə ziyalı deyən bir şəxs 1 milyondan çox qaçqın və məcburi köçkünün haqqını tapdalayıb, onların fəryadlarını eşitməyərək, ermənilərin xalqımıza düşmən olmamasını deyirsə onu ziyalı adlandırmaq olmaz. Əgər ermənilər düşmənimiz deyilsə, 1 milyondan artıq qaçqın və məcburi köçkünü yurd-yuvasından kim zorla didərgin salıb? Xocalı soyqırımını kim törədib? 20 % ərazimizi kim işğal edib? Əlbəttə ki, düşmənçilikləri olmasaydı, ermənilər bunları etməzdi. Bu gün bir çox təşkilatlar var, bölgədə böyük dövlətlərin oyunları var. Biz hələ də ədalətsiz 907-ci düzəlişi aradan götürə bilməmişik. Ermənistanın işğalçı olduğunu bilirlər, küçədə prezidentliyə namizədi güllələyirlər. Amma nədənsə Ermənistana yox, Azərbaycana təzyiq göstərirlər. Sərkisyan saxta seçki nəticələri ilə prezident seçiləndən sonra onu təbrik edirlər. Belə bir ədalətsiz dünyada öz xalqını, vətəninııi sevən hər bir kəs Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyovun əməllərini qəbul etmir. Qaçqın və məcburi köçkünlərimiz artıq kimin kim olduğunu bilir. Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr və onların vassalları qaçqın və məcburi köçkünlərin ölkədə heç bir zaman sosial partlayışa səbəb olmayacağını, ölkə Prezidentini dəstəklədiyini görüb buna qarşılıq kimi Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov kimi şəxslərin əli ilə belə addımlar atırlar. Fikrimcə, belə insanları ilk növbədə cəmiyyət özü cəzalandırmalıdır ki, antimilli əməllərindən əl çəksinlər”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info