ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb
Tarix: 03.03.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok, təhsil mütəxəssisi Bronvin Pollok, təhsil ekspertləri Asif Cahangirov və İlkin Həsənov ilə görüş keçirib. Görüşdə ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Dövlət nümunəvi sənədlərlə və tələbələrlə iş bölməsinin müdiri Şəhla Gülməmmədova iştirak ediblər. Görüş zamanı ADPU ilə AMİM arasında əməkdaşlıq və məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müəllimlərin inkişafı, eyni zamanda tələbə və akademik heyət üçün nəzərdə tutulan ustad dərslərin təşkili məsələləri müzakirə edilib.
Görüşdə ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb. Memorandum hər iki müəssisə arasında əməkdaşlığın, faydalı proqramların, müəllimlər üçün treninqlərin keçirilməsi, layihələrin və qarşılıqlı fəaliyyətlərin inkişafı məqsədilə imzalanıb. Qeyd edək ki, ADPU-nun müəllim və tələbə heyəti üçün nəzərdə tutulan bu layihələr, proqramlar və treninqlər müasir təlim metodları çərçivəsində ibtidai sinif müəllimlərinin öyrətmə bacarıqları və strategiyalarının yüksəldilməsi, onların inkişafı və istifadəsi, müntəzəm qiymətləndirməsi, müəllimin rolu və əsas öhdəliklərinin aşılanması istiqamətində həyata keçiriləcək.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMİM-in direktoru Qrem Pollok  iki müəssisə arasında anlaşma memorandumunun bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.

Nigar





 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info