“Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur”
Tarix: 03.03.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Cocuq Mərcanlıda səfərdə olan zaman Rusiyanın Azərbaycandakı səfiri Doroxin dedi ki, adətən informasiya işi ilə məşğul olur, kağız üzərində işləyirlər. Bildirdi ki, Cocuq Mərcanlıda dağıntının nə demək olduğunu, kiçik bir kəndin qısa müddətdə necə dağıdıldığını gözləri ilə görüblər”. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, səfirlərin əksəriyyəti öz mövqelərini ifadə ediblər: “Səfirlər gördülər ki, erməni faşizmi nə deməkdir, necə qısa müddətdə bu yerləri darmadağın ediblər. Bu gün dünya artıq Azərbaycan barədə danışır. Əgər Ermənistan əvvəllər informasiya axınında bizi üstələyirdisə, biz onların arxasında qalırdıqsa, son illər hər şey dəyişib. Prezidentin apardığı siyasət nəticəsində artıq Azərbaycan informasiya yayımında öndə gedir, Ermənistan arxamızca çata bilmir və çata bilməyəcək də. Ermənistanın işğalçı siyasəti artıq dünya, o cümlədən himayədarları tərəfindən də qəbul olunmur. Yəqin ki, Ermənistandakı işğalçı rejiminin sonu yaxınlaşır”.
Baş nazirin müavini qeyd edib ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır: “Yəqin ki, bu işlər sona çatacaq, Xocalı soyqırımını törədən cəlladlar beynəlxalq məhkəməyə veriləcək, hər bir günahkar öz cəzasını alacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info