“Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya nümunədir”
Tarix: 03.03.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Həssas regionda yerləşən, ərazisi işğal edilən, mühüm transmilli enerji layihələrinin təşəbbüskarı olan Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya bir nümunədir. Bunun iki səbəbi var. Birinci səbəb Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, praqmatik, milli maraqlara söykənən siyasətdir. İkinci səbəbi isə Azərbaycan xalqının bu siyasəti dəstəkləməsidir”.
 Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bəzi qüvvələr öz məqsədlərinə çatmaq olmaq üçün Azərbaycan gənclərindən istifadə ediblər və bir sıra hallarda öz məqsədlərinə nail olublar: “90-cı illərdə gənclər ayrı-ayrı siyasi qruplara bölünərək hakimiyyət uğurunda mübarizə aparırdılar. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş gənclər siyasətinin əsası qoyuldu, gənclər siyasətinin konseptual əsasları yaradıldı. Gənclər Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir”. 
 
V. Əliyev qeyd edib ki, bu gün Azərbaycan dövləti gənclərə böyük diqqət göstərir: “Azərbaycanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyətinin inkişafına gənclər böyük töhfələr verir”.  
 
Dövlətin jurnalistikaya kifayət qədər qayğı ilə yanaşdığını söyləyən V. Əliyevin sözlərinə görə, KİV cəmiyyətdə, gənc nəsildə vətəndaşlıq hissinin formalaşmasına mühüm töhfəsini verməlidir: “Jurnalistika kifayət qədər məsuliyyətli sahə olduğundan gənc jurnalistlər nəzəri biliklərini artırmalı, cəmiyyətin nəbzini tutmalıdırlar”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info