Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir
Tarix: 03.03.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Martın 3-də Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans işə başlayıb.
DTX-nin Mədəniyyət Mərkəzində keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin, Milli Məclisin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Prezident yanında Gənclər Fondunun rəhbər nümayəndələri, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin təmsilçiləri, politoloqlar və ekspertlər, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələri və kursantları iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə DQİDK-nın radikalizmə qarşı müvafiq təbliğat vasitələri də nümayiş etdirilir. Sərgi salonunda, həmçinin Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.
Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Tədbirin moderatoru, Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov konfransı açaraq tədbirin məqsədi barədə məlumat verdi. Bildirdi ki, konfransın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin ümumi məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş hədələrin, xüsusilə bütün təzahür formalarında terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. Həmçinin dövlət təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunması, eləcə də ölkə gənclərinin aparıcı nümayəndələri, müxtəlif dövlət və ictimai təşkilatların təmsilçiləri ilə terrorçuluq, ekstremizm və radikalizmə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılması istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri sırasındadır.
O, Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında onların fəallıqlarının artırılması işini daim diqqət mərkəzində saxladığını vurğuladı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info