AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib
Tarix: 03.03.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində İtalyanın Azərbaycandakı Səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının təşəbbüsü ilə “Italy’s Design Day-İtalyansayağı Dizayn Günü” adlı tədbir keçirilib. Tədbirdə İtaliyanın Azərbaycandakı Səfiri Campaolo Kutillo, İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı ofisinin Direktoru Luigi D’Aprea, dəvət olunmuş italyan memar Luca Molinari, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və başqaları iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professoru Gülçöhrə Məmmədova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Belə mühüm bir tədbirin AzMİU-da keçirilməsi üçün təşkilatçılara təşəkkürünü bildirən rektor bunu Azərbaycan – İtaliya dostluğunun təzahürü kimi dəyərləndirib. İtaliyanın Azərbaycandakı Səfiri Campaolo Kutillo qeyd edib ki, İtaliya Dizaynı Günü bu il ilk dəfə dünyanın 35-dən çox şəhərində keçirilir. Masterklasın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Tel-Aviv, Tokio, Toronto və s. şəhərlər də vardır. Səfir vurğulayıb ki, bütün dünyada İtalyansayağı Dizayn Günü çərçivəsində “Made in Italy” adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunur. Tədbirdə İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən masterklasa həsr olunan video nümayiş etdirilib. Müzakirənin sonunda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar, masterklasın hər il keçirilməsi, bundan əlavə, italyan tikinti materiallarının nümayiş olunacağı sərginin təşkili nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info