Azərbaycan diasporunun siması olan kitab ABŞ-da təqdim edilib
Tarix: 03.03.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Nyu-York Azərbaycan Evində jurnalist-araşdırmaçı Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Öncə Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova Fuad Hüseynzadə haqqında məlumat verib. Sonra kitabda yer alan müsahibələr haqqında həmvətənlərimizə danışıb: “Müəllif bununla 10 illik əməyinin nəticəsini ortaya qoyub. Kitabda ən ucqar ölkələrdə belə, yaşayan soydaşlarımızın müsahibələri verilib. Bu kitabın hər səhifəsi bir ölkədən xəbər verir”.
Minəvvər Vahabova qeyd edib ki, kitabın xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsində əhəmiyyətli rolu var.
Təqdimatda iştirak edən digər soydaşlarımız da kitab haqda danışaraq fikirlərini bildiriblər. Qeyd olunub ki, “Dünya azərbaycanlılarının palitrası” kitabı Azərbaycan diasporunun simasını təcəssüm etdirir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info