Slavyan Universitetində beynəlxalq konfrans keçirilir
Tarix: 03.03.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Martın 3-də Bakı Slavyan Universitetində (BSU) “Alman dili və ədəbiyyatı ilə bağlı multukultural və transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransın əvvəlində Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.
Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman çıxışında Germanistika İnstitutunun BSU-da yeni yaranmasına baxmayaraq böyük uğurlara imza atdığını deyib. BSU tələblərinin alman dilinə olan marağını yüksək dəyərləndirən Z.Hartman konfransın işinə uğurlar arzulayıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, multikultural dəyərlərin önündə təhsil və elm gəlir. “Düşünürəm ki, belə konfranslar gənclərimizin elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynayacaq. Elm və təhsil dünyanın mütərəqqi hissəsinin bir araya gəlməsinə zəmin yaradır. Dildən yaxşı ünsiyyət vasitəsi ola bilməz. BSU-da gənclərin alman dili və ədəbiyyatını dərindən mənimsəmələri xalqlarımızın bir-birinə yaxınlaşmasının başlıca şərtidir”, - deyə rektor bildirib.
Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Tereza Şönfeld isə qeyd edib ki, yaxın günlərdə səfirlik tərəfindən almanların Almaniyadan Azərbaycana köçürülməsinin 200 illiyi münasibətilə böyük konfrans keçiriləcək. Səfirlik nümayəndəsi həmin köçkünlərin Şillerin, Hötenin dilini Azərbaycana gətirdiyini, alman mədəniyyətinin, adət-ənənələrinin burada inkişafına təkan verdiyini bildirib. T.Şönfeld alman dilinin təkcə şeir dili olmadığını, həm də dünya iqtisadiyyatının dili olduğunu qeyd edib.
Türkiyənin Mərmərə Universitetinin professoru İclal Cankorel Bakıda olmağından məmnun qaldığını deyərək konfransda yüksək səviyyəli mövzuların müzakirəsinin aparılacağını diqqətə çatdırıb. İ.Cankorel bu mövzuların Mərmərə Universitetində də daim müzakirə olunduğunu bildirib.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı ofisinin rəhbəri Stephanie Dufaux germanistikanın bu gün bir çox ölkələrdə inkişafda olduğunu nəzərə çatdırıb. Bakı Slavyan Universitetində Germanistika İnstitutunun fəaliyyətini xüsusilə yüksək qiymətləndirən S.Dufaux bu universitetdə 200-dən artıq tələbənin alman dilini öyrənməsinin bu dilə göstərilən diqqətin sübutu olduğunu söyləyib. DAAD tərəfindən keçirilən dil kurslarında BSU-nun alman dilini tədris edən müəllimlərinin və bu dili öyrənən tələblərin daim fəal olduğunu qeyd edib.
Professor Vilayət Hacıyev konfransın alman ədib və filosoflarının əsərlərinin dilimizə tərcüməsinə, ümumiyyətlə, almanşünaslığa olan diqqəti artıracağını söyləyib.
BSU-nun Germanistika İnstitutunun direktoru Sevinc Rzayeva konfransın alman modeli əsasında keçirildiyini vurğulayıb. S.Rzayeva bu konfransın Azərbaycanda almanşünaslığın inkişafına təkan verəcəyini, ölkələrimiz arasında daha sıx münasibətlərin dərinləşməsinə müsbət təsir göstərəcəyini bildirib.
Konfrans öz işini iki gün müddətində 6 bölmə üzrə davam etdirəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info