İndiyədək 5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kredit verilib
Tarix: 03.03.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə hərtərəfli dövlət dəstəyi göstərilir, bu sahədə müxtəlif mexanizmlər tətbiq edilir. Sahibkarların maarifləndirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 3-də Yevlaxda İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, “ASAN xidmət”in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən təşəbbüskar gənclərin iştirakı ilə “Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. İqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən S.Məmmədov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd edib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.
Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İndiyədək 5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kreditlәr ayrılıb ki, bu da 16 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib.
Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır. Biznes inkubatorların yaradılmasının sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən olduğunu vurğulayan Sahib Məmmədov gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsində, eləcə də iqtisadi rayonun inkişafında əhəmiyyətini diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində fəaliyyətə başlayan biznes inkubator da məhz bu məqsədə - gənc sahibkarların hazırlanmasına xidmət edir.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov çıxışında Yevlaxda biznes inkubatorun yaradılmasının regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd edib, layihənin məşğulluğun artırılmasında əhəmiyyətli olacağını vurğulayıb.
Çıxışlarda dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının daha da artdığı, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyi bildirilib. Qeyd edilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar hər bir gəncin, bütünlükdə Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradır.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov bildirib ki, sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş ofislər verilir və onlara ödənişsiz maarifləndirmə tədbirləri, investisiya layihələrinin və biznes planların hazırlanması, biznesin təşkili və idarə edilməsi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətləri təşkil olunur. Qeyd edilib ki, biznes inkubator üçün iştirakçıların (rezidentlərin) seçilməsi məqsədi ilə kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin internet səhifəsində müsabiqə haqqında elanlar dərc edilib. Müsabiqə Komissiyasının qərarına əsasən, 21 gənc biznes inkubator üçün rezident qəbul olunub.
Tədbirdə çıxış edən biznes inkubator iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıq edib, layihənin gənclərin məşğulluğunun artırılmasında, sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info