Radikalların muzdur təfəkkürü: “kim pul verirsə, onunlayam”
Tarix: 13.04.2013 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Əli Kərimlinin
dindarlara jesti taktiki səhvdir”


Araz Əlizadə: “Əli Kərimlinin, İsa Qəmbərin dini qüvvələrlə bir yerdə olması və “siyasi islam”la yaxınlığı tülkünün Həccə getməsi kimidir”

Ənənəvi müxalifət kəsiminin tez-tez ideoloji baxımdan da səbatsızlığa və tərəddüdlərə meyilləndiyi müşahidə edilir. Əslində müxtəlif ideoloji yönlərə aid olduqlarını iddia edən müxalifət partiyalarının elan etdikləri heç bir ideoloji əsasa söykənmədikləri, yalnız ötəri maraqlar və pul maraqları güddükləri də sübut edilib. Bu isə həmin ənənəvi müxalifət partiya başçılarının sırf muzdur təfəkkürü ilə hərəkət etdiyini ortaya qoyur.

Bu baxımdan son dövrlərdə AXCP partiyasının sədri Əli Kərimlinin davranışlarını xüsusilə qeyd etməyə dəyər. Qeyd edək ki, son zamanlar AXCP ciddi maliyyə böhranına məruz qalıb və bu, qarşıdakı prezident seçkiləri ərəfəsində xüsusilə açıq görünür. Müxalif partiya başçılarının hər seçkidə “qaz vurub-qazan doldurmaq” hərisliyi prosesləri izləyənlərə və ictimaiyyətə çoxdan bəllidir. Ona görə də məhz belə bir məqamda AXCP digər ənənəvi müxalifət partiyalarından daha çox maliyyə qıtlığından əziyyət çəkir. Qərbdəki xarici maliyyə kanallarının itirilməsi Əli Kərimlini olduqca dilxor və aqressiv bir vəziyyətə salıb. Məhz buna görə də o, son zamanlar Qərb təşkilatlarına qarşı inamsız və ittihamedici tonda çıxışlar edir, bəyanatlar səsləndirir. Az öncə Kərimli açıq bildirmişdi ki, arıtq Qərbə və onun təşkilatlarına inanmaq lazım deyil, çünki onlar müxalifətə kömək etmirlər. Bu açıqlamanın arxasında da müxalifətin, xüsusilə AXCP-nin Qərbdəki maliyyə qaynaqlarından məhrum olmasından irəli gələn gərgin psixoloji durum dayanır...
İş o yerə gətirib ki, özünə maliyyə yeyintisi üçün yeni mənbələr axtaran, hara gəldi baş vuran Əli Kərimli bu dəfə üzünü dindarlara tutub. Belə ki, AXCP sədri indi də dindarlarla “yaxınlaşma siyasəti” aparır və Qərbə ittihamlardan sonra dinəmeyilli qüvvələrə jest etməyə başlayıb. Halbuki partiyasının nizamnaməsinə və indiyəqədərki fəaliyyətinə görə “Avropaya inteqrasya və Qərb dəyərlərini rəhbər tutan” bir partiyanın, indiyə qədər dindar qüvvələrə qarşı antipatiyası olan və onlarla heç bir əməkdaşlıq etməyən Kərimlinin birdən-birə bu işə əl atması çox qəribə və anormal görünür. Bunu siyasi ekspertlər və müxalif partiya sədrləri də qeyri-ciddi və uğursuz gediş sayırlar.
Bu işə münasibətini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bizə belə dedi: “Bu, seçki ərəfəsi hansısa elektoratı öz tərəfinə çəkmək cəhdləridir. Müxalif partiyalar müxtəlif resurslardan yararlanmağa cəhd edirlər. Amma AXCP-nin bu cür çıxış etməsi səhvdir və taktiki yanlışlıqdır. Çünki Əli Kərimli bir tərəfdən Qərbi tənqid etmək, Qərbə inamsızlıq sərgiləmək və Qərb təşkilatları ilə əməkdaşlığın faydasızlığını ifadə etməklə, qərbyönümlü elektoratın antipatiyasını qazanmağa başlayır, o yandan da dindarlara üz tutur. Onun hansı məqsədlərlə bu işə əl atmasını demirəm, amma bu gedişlə ciddi səhvə yol verir. Çünki belə bir seçki ərəfəsində bir tərəfi tənqid edib, digər tərəfə yönəlmə düzgün deyil. Gərək siyasətçilər belə ərəfədə hər kəsi əhatə edən yanaşmalarla çıxış etsin, burada nə Qərb, nə Şərq, nə də islamyönümlülərlə birtərəfli yaxınlaşma yaxşı gediş deyil və uğursuzdur. Bu cür bəyanatları hər kəs səhv və seçki texnologiyasının yanlışlığı hesab edərdi”.
Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə bizə belə bildirdi: “Ümumiyyətlə, onların bir ideologiyası var: “Kim mənə pul verdi, mən də onunla dostam, qardaşam. Mən düşünmürəım ki, islamçılar onlara pul verirlər. Düşünmürəm ki, onlara pul verənlər islamçılarla dostluğu təklif edirlər. Amma İslamı öz hərəkətlərində rəhbər tutan elektoratı cəlb etmək üçün bu cür açıqlamalarla gündəmə gəlmək istəyirlər. Onlar istəyirlər ki, dindar elektoratı öz tərəflərinə çəksinlər. Ona görə də bu cür açıqlamalara gedirlər. Əslində onlar dövri olaraq bu cür işlərə əl atırlar, odur ki, burada qəribə heç nə yoxdur”.
A.Əlizadə daha sonra son zamanlar Qərb qurumlarının ənənəvi müxalifətlə əməkdaşlıq məsələlərindən qaçması məsələsinə də münasibətini bildirdi: “Onlar elə başa düşürlər ki, Qərb qurumları onlara pul verirlərsə, zəhmət çəkib həm də onları hakimiyyətə də gətirməlidirlər. Yadımdadır ki, hələ ABŞ səfiri Harniş olarkən ATƏT-də görüş keçirilirdi. Əli Kərimli o vaxt da Qərbə qarşı bu cür ittihamlar irəli sürməyə başlayanda və Qərbin “yardım etmədiyini” deyəndə, Harniş orada onun sözünü kəskin bir şəkildə kəsdi: “Cənab Kərimli, kim sizə söz vermişdi ki, sizi hakimiyyətə gətirəcək?” Onlar həmişə Qərbə nökərlik etməyə çalışıblar və həmişə jest ediblər ki, əgər Qərb onları hakimiyyətə gətirsə, daha da çox nökərlik edəcəklər və hətta qul da ola bilərlər. Onlar hər şey etməyə hazır olduqlarını Qərbə hər zaman bildiriblər və elə sanıblar ki, Qərb də onları götürüb rahatca kürsüdə oturdacaq. Belə olmayanda və yaxud Qərbdən pul almayanda isə əlbəttə ki, inciyirlər və Qərbi ittihamlara keçirlər”.
A.Əlizadə dedi ki, indiki məqamda da Kərimlinin dindarlara bu cür müraciəti olduqca qeyri-səmimidir: “Dindarlar, təbii ki, şüursuz deyillər. Onlar dünyagörmüş insanlardır və onlar da gözəl bilirlər ki, Əli Kərimlinin, İsa Qəmbərin islamı qüvvələrlə bir yerdə olması və “siyasi islam”la yaxınlığı tülkünün Həccə getməsi kimidir”.
Partiya sədri qeyd etdi ki, vaxtilə fəaliyyət göstərən İslam Partiyası və sair qurumlar həmin ənənəvi müxalifətin “vəfa”sını çox dadıblar...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info