Qazaxıstanın İKT naziri “Bakutel” sərgisinə dəvət olunub
Tarix: 03.03.2017 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya naziri Dauren Abayevlə görüşüb. Görüş zamanı nazir vaxtı ilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığını vaxtları yada salaraq indi Azərbaycanın Qazaxıstandakı səfirini qəbul etməkdən məmnunluğunu ifadə etdi. Həmçinin Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Görüş zamanı ölkələrimiz arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə həmçinin dövlət idarəetməsində informasiya və kommunikasiya sahəsindəkı innovasiyalarının tətbiq edilməsi sahəsində müasir çağırışlara cavab verilməsi ilə bağlı ölkələrimizdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə uyğun olaraq hər iki ölkədə əhalinin istifadəsinə verilən elektron hökumət portallarının əhəmiyyəti qeyd edilib. Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, onların avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının faydalı olacağı vurğulanıb. Qazaxıstan və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmanın tətbiq edilməsi sahəsində regionda öncül ölkələrdən olması qeyd edilib və “ASAN xidmət” modeli ilə bağlı qarşı tərəfə məlumat verilıb. Həmçinin cari ildə “Bakı Formula 1”, “İslam Həmrəyliyi oyunları” və “Astana Expo-2017” beynəlxalq sərgisinin hər iki ölkənin KİV-lərində təşviq edilməsi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub. Sonda nazir hər il ölkəmizdə keçirilən “Bakutel” sərgisinə dəvət olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info