“Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur“
Tarix: 03.03.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur". Anadolu Agentliyi xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib. Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tbilisi-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi". Nazir bu layihənin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirərək əlavə edib ki, bunun üçün Qarsda logistika mərkəzinin yaradılmasına qərar verilib: "Qars Logistika Mərkəzinin tenderini keçirdik. Layihənin ümumi dəyəri 100 milyon lirədir. Bu günlərdə mərkəzinin təməli qoyulacaq".




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info