Макrоn Fransada prezident seçkilərinin ilk turunda qələbə qazanacaq
Tarix: 03.03.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Fransa prezidenti postuna namizəd və “Marşda” hərəkatının lideri Emmanuel Makron “Milli cəbhə” partiyasının lideri Marin Le Peni qabaqlayaraq prezident seçkilərinin ilk turunda qələbə qazanacaq. Bu, “Odoxa” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. TASS informasiya agentliyi xəbər verir ki, dünən dərc olunan məlumata əsasən, rəyi soruşulanların 27 faizi Makronu, 25,5 faizi isə “Milli cəbhə” partiyasının namizədini dəstəkləməyi planlaşdırır. Bununla yanaşı, prezidentlik yarışının keçmiş favoriti “Respublikaçılar” partiyasının lideri Fransua Fiyon respondentlərin cəmi 19 faizinin etimadını qazanaraq üçüncü pilləyə enib və proqnozlara görə, səsvermənin ikinci turuna keçə bilməyəcək. Lakin tədqiqatçıların fikrincə, Fiyon qarşıdakı prezident seçkilərində iştirakından imtina etsə və onun yerini Bordo şəhərinin meri Alen Jüppe tutsa, “Respublikaçıların” qələbə şansı qalır. Sorğunun nəticələrinə əsasən, bu halda Jüppeyə 26,5 faiz, Makrona 25 faiz, Le Penə isə 24 faiz seçici səs verəcək. Alen Jüppe isə öz növbəsində ehtiyat oyunçu olmaq istəmədiyini və namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Bununla belə, cümə günü AFR agentliyi Jüppenin yaxın dairəsinə istinadla xəbər yayıb ki, əgər Fiyon namizədliyini geri götürsə, Bordo meri kənarda qalmaq niyyətində deyil. Martın 1-2-də keçirilən rəy sorğusunda 18 yaşdan yuxarı 994 nəfər iştirak edib. Onlardan 907-si seçkidə hökmən iştirak edəcəyini bildirib. Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info