“Biz Cənubi Qafqazda sabitliyə və uzunmüddətli siyasi həllə yardım etməliyik”
Tarix: 03.03.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərim tərəfindən yayılan bəyanatda qeyd edilir ki, Azərbaycanın Baş Prokurorluğu bu həftə Avropa Parlamentinin üç üzvü – Eleni Teoxarus (Kipr), Frank Engel (Luksemburq) və Yaromir Ştetina (Çexiya) ilə bağlı Dağlıq Qarabağa səfər etdikləri və öz-özünə müstəqilliyini elan edən qondarma rejimi dəstəkləyən hərəkətlərə yol verdiyinə görə beynəlxalq həbs qərarı çıxarıb: “Fevralın 20-də adı çəkilən Avropa Parlamenti üzvləri Dağlıq Qarabağda təşkil edilmiş prosesi “müşahidə” ediblər. Bəyan edirəm ki, Avropa Parlamenti tərəfindən Dağlıq Qarabağda heç bir rəsmi seçki müşahidə missiyası təşkil olunmayıb. Bunun əksini iddia edən istənilən ifadə və ya addım ləyaqətdən uzaq və heç bir əsası olmayan hərəkətdir. İstənilən əraziyə səfər etmək və doğru hesab etdikləri şəxsi fikirlərini irəli sürməkdə sərbəst olmasına baxmayaraq, Avropa Parlamenti üzvləri Dağlıq Qarabağda atəşkəs rejiminin kövrək olduğunu, münaqişənin məhz siyasi yollarla həllinin dəstəkləməsinə ehtiyac olduğunu nəzərə alaraq məsuliyyət nümayiş etdirməli və bu səfərlərin qeyri-rəsmi olduğunu və fərdi qaydada həyata keçirdiklərini aydın şəkildə ifadə etməlidirlər. Beynəlxalq həbs qərarının çıxarılması arzuedilməzdir, səmərəsizdir və prosesə yardım etmir, həmçinin belə fərdi səfərlərə lazım olduğundan daha artıq əhəmiyyət verilməsinə səbəb olur. Əslində isə Minsk qrupu prosesinin və siyasi həll yolunun yenidən canlandırılmasına, regionda yaşayan insanların həyatının qorunması üçün təminat yaradılmasına və münaqişəyə cəlb olunmuş dövlətləri bu günkü uzunmüddətli münaqişə vəziyyətindən sabit sülh və iqtisadi canlanma şəraitinə gətirməyə və insanlara layiq olduqları həyat şərtlərini qaytarmağa ehiyac var. Biz öz siyasi fəaliyyətlərimizi Avropa Parlamentinin rəsmi qurumları vasitəsi ilə açıq və şəffaf şəkildə həyata keçirməliyik və məhz bu sadalananlar fəaliyyətimizin əsas istiqamətverici amilləri olmalıdır. Biz bu üç Avropa Parlamenti üzvünün, bütün üzvlər üçün qəbul olunmuş Bəyannamə Tələbləri əsasında sözügedən səfərlərinin məqsədləri və əsasları barədə açıqlama vermələrini gözləyirik”. Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev də bəyanat yayıb. Həmin bəyanatda qeyd edilir ki, Avropa Parlamenti üzvləri haqqında beynəlxalq axtarış elan olunması qərarı, öncədən rəsmi icazə almadan və müvafiq prosedurlardan keçmədən Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə verilib: “Cənab Engel və onun həmkarlarının işğal altında olan ərazilərə səfərini icmalar arasında etimadın möhkəmləndirilməsi və ya münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsi məqsədi kimi qələmə vermək əsassızdır və tamamilə yersiz görünür. Bu halda mən, cənab Engelə Avropa Parlamentinin Dağlıq Qarabağ üzrə mövqeyini daha yaxşı anlamaq üçün rəsmi sənəddə öz əksini tapmış, 18 aprel 2012-ci il tarixli həmin Qətnamənin G və H bəndlərinə də xüsusi diqqət yetirməsini məsləhət görürəm”. G bəndində qeyd edilir ki, üçüncü ölkəyə məxsus ərazilərin işğal olunması beynəlxalq hüququn pozulmasıdır və Avropa Qonşuluq Siyasətinə ziddir, beləliklə də, bütöv “Şərq Tərəfdaşlığı” layihəsinin təhlükə altına qoyulmasıdır. H bəndində isə bildirilir ki, işğal olunmuş Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən qanunsuz hərəkətlər barədə dərin narahatlıq doğuran hesabatlar mövcuddur, daha dəqiq, bu hərəkətlər - mütəmadi hərbi manevrlər, hərbi texnikanın və personalın yenilənməsi və müdafiə eşelonunun gücləndirilməsidir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info