Tarix İnstitutunda Şuxrat Salamovla görüş
Tarix: 04.03.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


AMEA Tarix İnstitutunda məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) görüş olub. Görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, Şuxrat Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir. “Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”, - deyə Y.Mahmudov qeyd edib. Özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar. Özbək qonaq Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Geosiyasət” kitabını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını təqdim edib. Xatırladaq ki, Ş.Salamov hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info