Rusiya və NATO generalları danışıq aparıblar
Tarix: 04.03.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Pyotr Pavel arasında telefon danışığı olub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun təşəbbüsü ilə baş tutan telefon əlaqəsi tərəflər arasında münasibətlərin dondurulmasından sonra ilk dəfədir. “Bu, NATO Şurasının Rusiya ilə əlaqələri dondurması qərarından sonra yüksək səviyyədə hərbi xətlə ilk təmasdır. Tərəflər təhlükəsizliyin təmin olunması problemlərini, hərbi xətlə qarşılıqlı fəaliyyətin bərpa olunması perspektivlərini, insidentlərin qarşısının alınmasını və beynəlxalq tədbirlərdə alyans nümayəndələrinin iştirakını müzakirə ediblər. Rusiya ordusunun Baş Qərargah rəisi Moskvanın Şimali Atlantika İttifaqının ölkə sərhədləri yaxınlığında hərbi fəallığının gücləndirilməsi ilə bağlı narahatlığını NATO nümayəndəsinin diqqətinə çatdırıb”, - deyə Rusiya MN-in məlumatında bildirilir. Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 2014-cü ildə NATO Şurası Rusiya ilə əməkdaşlığın dayandırılması haqqında qərar çıxarıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info