Neft oyunu: Marqvelaşvili -Lukaşenko görüşünü vacib edən səbəb
Tarix: 04.03.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Rəsmi Minsk İrandan alacağı neftin Azərbaycan və Gürcüstan yolu ilə idxalında maraqlıdır

Gürcüstan lideri Marqvelaşvili ikigünlük səfər çərçivəsində Belarusda olub. Son vaxtlar Rusiya ilə münasibətləri gərginləşən Belarus MDB üzvü olan digər dövlətlərlə aktiv diplomatik təmaslar yaradıb.
Yeri gəlmişkən bir məqamı qeyd edək ki, Moskva ilə münasibətlərdə yaranan soyuqluq iki dövlət arasında hərbi əlaqəyə təsir etməyib. Rusiya-Belarus hərbi təlimlərinin keçirilməsi də bunu təsdiq edir. Amma bunu iqtisadi sahəyə şamil etmək mümkün deyil. Bu gün Belarus üçün vacib məsələ neftayırma zavodlarının işini təmin etmək üçün neft tapılmasıdır. Minskin Azərbaycan və İrandan aldığı neft Gürcüstan ərazisi ilə çatdırıldığından Lukaşenko gürcü lideri ilə müəyyən məsləhətləşmə aparmağa ehtiyac hiss edib. “RT” qeyd edir ki, bu məsələdə Gürcüstanın öz marağı var. Qonşularımız sanksiya tətbiq edilən meyvə-tərəvəz və şərablarının Belarus vasitəsilə Avrasiya İttifaqı ölkələrinin bazarlarına ixracında maraqlıdır. Lukaşenko-Marqvelaşvili görüşündə iqtisadi məsələlərin müzakirəsi ön planda olub. Lukaşenko sonuncu dəfə 2005-ci iln aprel ayında Tbilisiyə səfər edib. Ondan sonra iki dövlət arasında fəal diplomatik əlaqələr olmayıb. Bunun nəticəsi olaraq ticarət dövriyyəsi 100 milyon dollar civarında olub. Bu müddət ərzində Gürcüstan Avropaya inteqrasiyada, Belarus isə böhranla savaşda olub. Amma ötən il vəziyyət dəyişməyə başladı. Belarus Rusiyanın əsas geosiyasi tərəfdaşı statusunu itirməyə başladı və neft-qaz savaşı Minski yeni müttəfiqlər axtarmağa vadar etdi. Belaruslu politoloq Andrey Aksenov “RT”-yə bildirib ki, bu gün rəsmi Minskə Avropa İttifaqında Belarusun maraqlarına bələdçilik edəcək şəxs yox, onların reallaşmasına təminat verəcək, reallaşdıracaq şəxs lazımdır. Daha doğrusu, Belarus məhsullarına Avropa bazarında yer tapmağa əməli yardım edilməlidir. Minskdə hesab edirlər ki, Gürcüstan dövlət başçısı bu məsələdə onlar yardım edə bilər. Belarus üçün bu gün ixrac məsələsi çox vacibdir. “Belarus rəhbərliyinə Avropa bazarlarına çıxmaq maraqlı olduğu kimi, gürcülərə də Avrasiya İttifaqı bazarı maraqlıdır. Bu məsələdə Belarusun onlara köməyi dəyə bilər. Axı, Belarus Avrasiya İttifaqının təsisçilərindən biridir” - deyə Aksenov bildirib. Gürcüstan dövlət başçısı “Belarus 1” kanalına verdiyi açıqlamada deyib ki, bir-birinin ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaşan Gürcüstan və Belarus ikitərəfli münasibətləri inkişaf etdirə bilərlər. Gürcüstanın Avropaya inteqrasiya siyasəti buna mane olmur. Belarus 2016-cı ildə Rusiyadan 24 milyon ton neft almağı planlaşdırırdı. Amma qaza görə ödəmə olmadığı üçün Rusiya neft ixracını kəskin azaltdı, nəticədə Mozır neftayırma zavodu və “Naftan” müəssisəsinin işi dayanmaq təhlükəsi ilə üzləşdi. Zavodlar bir aya cəmi 1 milyon ton neft əldə edə bildilər. Bundan sonra alternativ axtarışına çıxan Belarusa ilk yardım Azərbaycandan olub. 84,7 min ton Bakı nefti ötən ilin oktyabr ayında Mozır zavoduna çatdırılıb. Belarus ötən il 560 min ton “Azeri Light” və “CPC Blend” markalı xam neft alıb. Belarus dövlət başçısı parlamentdə çıxışı zamanı bildirmişdi ki, İrandan neft idxalı ilə bağlı danışıqlar aparılır. Belarus İrana Mozırdakı zavodda neftini emal edib satmağı da təklif edir. Bu il fevral ayının 18-də “Belarusneft”in törəmə şirkəti olan “Beloil Polska” ilə İran neft şirkəti 600 min ton neftin alınması ilə bağlı saziş imzalayıb. Bu, İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra Belarusun bu ölkə ilə imzaladığı ilk neft sazişidir. “Beloil Polska” şirkətinin həmin nefti Odessa və ya Latviyanın Ventspilsa limanında qəbul edərək dəmir yolu ilə ölkəsinə aparması nəzərdə tutulub. Amma logistika məsələsi tam həll olunmayıb. Bax, elə bu məsələ ilə bağlı Gürcüstanın dövlət başçısı Belarusa səfər edib. Axı, Azərbaycan və İrandan alınacaq neftin Belarusa gedən yolu Gürcüstandan keçir. Bakı-Supsa kəməri ilə ixrac olunan neft Supsada yerləşən terminala çatdırılır. Görünür, Lukaşenko-Marqvelaşvili görüşündə neftin Supsaya çatdırılması və oradan da münasib qiymətə Minskə daşınması müzakirə edilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info