Rusiya Liviyada təsir dairəsini artırır
Tarix: 04.03.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Moskvaya gələn Tripoli milli barışıq hökumətinin baş naziri Kremlin vasitəçilik etməsini istəyir

Moskvaya işgüzar səfərə gələn Tripoli milli barışıq hökumətinin baş naziri Faiz Saradj ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Səfərin başlıca məqsədi Liviyadakı hakimiyyətin iki mərkəzi arasındakı münaqişənin həlli üçün Moskvanın vasitəçilik təşəbbüsündən yararlanmaqdır.
Qeyd edək ki, liviyalı qonağın səfəri fevralın sonlarına planlaşdırılsa da, Tripolidə baş verən güclü döyüşlər tərəfləri görüşün vaxtını dəyişmək məcburiyyətində qoymuşdu. Bu isə, bir tərəfdən Liviyadakı ciddi böhrandan, digər tərəfdən isə Tripoli hökumətinin zəifliyindən, baş verənlərə təsir gücünün zəif olmasından xəbər verir. Saradjın Rusiya səfəri Kremlin Liviyada güclənmək istəyinin qəti oldugunu göstərir. Elə bu səbəbdən Moskvanın iki yerə bölünən Liviyada Tripoli ilə Tobruk arasında fəal vasitəçilik edəcəyini güman etmək olar. Təəssüflə qeyd edilməlidir ki, hələ iki həftə əvvəl Tripoli və Tobruku təmsil edən siyasətçilərin Qahirədə danışıqları uğursuz nəticələnmişdi. 2018-ci ilin yazında parlament seçkiləri, prezident seçkiləri və Konstitusiya mətninin hazırlanması üzrə birgə komissiyanın formalaşdırılması ilə bağlı razılıqdan savayı, heç bir anlaşma yoxdur. Qahirə uğursuzluğu onunla izah edilir ki, marşal Haftar Tripolini təmsil edən Faiz Saradjın təklifini təhqir kimi qəbul etmişdi. Həmin görüşdə marşala ordu komandanlığından vaz keçmək təklif edilmişdi. Xatırladaq ki, marşal Haftar ordu komandanı olmaqla yanaşı, ölkənin nüfuzlu siyasətçilərindən birinə çevrilib. O, başçılıq etdiyi ordu sayəsində neft yataqları və dəniz terminallarını nəzarətə götürərək ölkəyə valyuta axınını təmin etməyi bacarıb. Marşal Haftara ordudan imtina müqabilində hökumətdə təklif olunan post onu qane etməyib. Moskvada səfərdə olan Faiz Saradjın Rusiya diplomatiyasından Tobrukun Tripoliyə münasibətdə mövqeyini yumşaltmaq barədə yardım istəyəcəyi istisna edilmir. Lakin bütün baş verənlərə rəğmən, Rusiyanın hər iki tərəf üçün etibarlı vasitəçi kimi çıxış edə bilməsi imkanları genişdir. Moskva tərəflər arasında Qahirədə başlayan barışıq prosesinə yeni nəfəs verər, milli barışıqda mühüm rol oynaya bilər. Bu isə Moskvanın Liviyada möhkəmlənməsi, təsir dairəsinin artması deməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər
15.10.2019
“Qoşunlarımız Suriyada tələyə düşüb”
15.10.2019
Türkiyə Aİ ilə bağlı bəyanat yaydı
14.10.2019
Ərdoğan: “Biz niyə Suriyadayıq?“
14.10.2019
Tel Abyad qәsәbәsi artıq nәzarәt altına alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info