Ruayanda Novruz bayramının tarixindən danışılıb
Tarix: 06.03.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dostları Assosiasiyası və Ruayan şəhəri meriyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə iki ölkə arasındakı diplomatik əlaqələrin 25 illiyi və Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.
Ruayana gələn səfir Elçin Əmirbəyov şəhərin meri Didye Kantən ilə görüşüb. Şəhərin meri Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən məmnunluğunu bildirib, ölkəmizə səfər etmək istədiyini deyib.
Səfir Elçin Əmirbəyov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə də Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunub.
Görüşdən sonra Konqres Sarayında Azərbaycanla bağlı filmin təqdimatı olub.
Təqdimatdan sonra səfir Elçin Əmirbəyov Novruz bayramının tarixi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Diplomat Fransa ilə Azərbaycanın strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb.
Sonra Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı təqdim edib.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info