“Dünyada qlobal maliyyə böhranına baxmayaraq, “Petkim” ötən ili iri mənfəətlə başa vurub”
Tarix: 06.03.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


"Dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, qurduğumuz güclü sistem nəticəsində "Petkim Petrokimya Holding AŞ" ötən ili iri mənfəətlə başa vurub". Bunu holdinq baş direktoru Anar Məmmədov bildirib.(APA)
 
A.Məmmədov bildirib ki, şirkətin mənfəəti proqnozlardan üstün olub: "Əldə etdiyimiz mənfəət rekord göstəricidir. Özü də biz mənfəəti qlobal maliyyə böhranı səbəbindən ciddi dalğalanmanın baş verdiyi dönəmdə əldə etmişik. Bütün sektorlar ciddi təzyiqlə üzləşib. Bütün bunlara baxmayaraq, ötən il apardığımız yenidənqurma işləri və islahatlar bizim ciddi uğur əldə etməyimizə səbəb oldu. Başqa sözlə, biz ötən il çətin bir sınaqdan uğurla çıxdıq. "Petkim" olaraq qlobal və lokal prosesləri yaxından təqib etdik, bazarın və müştərilərin tələblərini sürətlə və vaxtında yerinə yetirdik".
 
Baş direktor xatırladıb ki, holdinq ötən il aktivlərini 5,5 mlrd. lirədən 6,3 lirəyədək yüksəldib. "Çağırışlara anında cavab verməyimiz nəticəsində 2015-ci illə müqayisədə ötən il xalis mənfəətimiz 15% artaraq 732 mln. lirəyə çatıb", - deyə o bildirib.
 
O əlavə edib ki, ötən il olduğu kimi, şirkət 2017-ci ili də mənfəətlə başa vurmağı planlaşdırır.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info