Əlilliyi olanlar 5 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin ediliblər
Tarix: 06.03.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 150 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Onlardan 319 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.
Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 189 aşağı və yuxarı ətraf protezləri, 274 aşağı və yuxarı ətraf ortezi, 217 ədəd dirsəkaltı ağac, 75 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Həmçinin bu təbəqədən olan şəxslər 94 ədəd bel və boyun nahiyəsi üçün korset, 717 cüt ortopedik ayaqqabı, 375 cüt protez ayaqqabı, 1693 ədəd müxtəlif reabilitasiya vasitəsi, 141 cüt qoltuqaltı ağac, 558 ədəd əsa və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə 3 ədəd əlil arabası, 5 ədəd eşitmə aparatı da verilib. Onlara məxsus 112 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb. Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin 5 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.
Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 122 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info