Prezident İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb
Tarix: 06.03.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.
Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırdı. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin tarixi hadisə olduğunu deyən Azərbaycan Prezidenti qeyd etdi ki, bu, nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq.
İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirdi. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Prezident İlham Əliyevə fəaliyyətində uğurlar dilədi və Azərbaycan xalqına firavanlıq arzularını çatdırdı.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info