Alim Qasımov BANM-də
Tarix: 06.03.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) dünya şöhrətli tanınmış muğam ifaçısı, “Şöhrət” ordenli Azərbaycanın Xalq artisti Alim Qasımovun ali məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirilib. Görüşdə Alim Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi da iştirak ediblər. Görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş video çarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan BANM-in rektor Elmar Qasımov Alim Qasımova təklifi qəbul edib gəldiyi üçün öz təşəkkürünü bildirib. Elmar Qasımov Alim Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb.
“Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə təmsil edən sənətçimiz bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb”, - deyə Elmar Qasımov bildirib.
“Alim Qasımov Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin fəxridir” deyən rektor E.Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırıb. Rektor xanəndənin uğurlarından söz açaraq Azərbaycan muğamının UNESCO səviyyəsində məşhurlaşmasında onun əməyinin təqdirəlayiq olduğunu söyləyib. BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Alim Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildiriB: “Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların - təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyaci var”.
Dünya şöhrətli muğam ifaçısı öz gənclik və tələbəlik illərindən, bir müğənni kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, dünyada azərbaycan muğamının tanıdılması sahəsində görülən işlərdən, səhnə arxası rast gəldiyi maraqlı hadisələrdən danışdı. Görüş zamanı tanınmış sənətkar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Sonra Alim Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.
Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirib və ona xatirə hədiyyəsini təqdim edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info