Ilk dəfə süni yolla kürü yetişdirilib
Tarix: 15.04.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2003-cü ildən istifadəyə verilmiş Xıllı Nərə Balıqartırma zavodunda Azərbaycanda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib.
ETSN mətbuat xidmətindən verilən məlumata görə, zavod şəraitində yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq (260 min ədədə yaxın) kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.
Qeyd edək ki, əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılıb.
Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.
Ümumiyyətlə, təbiətdə nərə balıqlarının sayının xeyli aşağı düşməsi ilə əlaqədar süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklər mövcuddur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir və alınmış nəticələr ölkədə əmtəə balıqçılığının (akvakulturanın) inkişafına xüsusi təkan verəcək.
Bu balıqların əmtəə çəkisinə qədər böyüdülməsi və onlardan əmtəəlik qara kürü alınmasının biotexniki normativləri ETSN mütəxəssisləri tərəfindən işlənib hazırlanıb və artıq öz praktiki nəticələrini verməkdədir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info