Metroda korroziyaya qarşı mübarizədə yeni üsullar tətbiq olunur
Tarix: 06.03.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ona görə də Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, tətbiq edilən yeniliklər sayəsində yerinə yetirilən işlərin səmərəsi xeyli artıb. İlk növbədə, korroziya ilə mübarizə sahələrinin sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb. Korroziya ilə mübarizə briqadaları 2014-cü ildə 21842,3 kv.m sahəni təmizləmişdilərsə, 2015-ci ildə bu rəqəm 85311,45 kv.m olub. 2016-cı ildə tunel geyiminin korroziyadan təmizlənməsi 100 minlik həddi keçərək, 122502,167 kv.m-ə çatıb.
Tunellərdə korroziya ilə mübarizədə ən effektli vasitələr korroziya əleyhinə boyalardır. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrinin 11 şirkətinin təklifi əsasında 13 müxtəlif boya və digər məhsullar sınaqdan çıxarılaraq Bakı metropoliteni şəraitində istismara yararlı hesab edilib.
Metropolitenin müvafiq laboratoriyasının nəzarəti ilə ABŞ istehsalı olan polimer əsaslı birkomponentli və ikikomponentli boyalar tuneldə sınaqdan çıxarılaraq istifadə edilir.
Sınaq müddətində təzyiqli su şırnağı ilə yuma və rəngin çəkildiyi səthə göstərilən mexaniki təsirlər qopma, əzilmə, dağılma yaratmayıb. Rəngin açıq tonlarda olması tunelin estetik görkəmini büsbütün dəyişərək, onun erqonomik rahatlığını təmin edib.
Korroziya ilə mübarizənin səmərəsini artırmaq məqsədi ilə Diaqnostika və metroloji təminat mərkəzi yaradılıb. Nəticədə, boyaq maddələrinin sınağı, korroziyanın miqyasının və səbəblərinin araşdırılması üçün istifadə olunuan primitiv, kustar üsul və alətlər daha yüksək texnoloji məhsullar, alət və avadanlıqlarla əvəz olunub.
İndi korroziyanın illik sürəti, qurğuların aşılanma dərəcəsi, korroziya əleyhinə boyanın keyfiyyəti dəqiqliklə təyin edilir. Bu tədbirlər sayəsində metropolitendə korroziya ilə mübarizə sürətlənib, onun səmərə və faydası çoxalıb, məhsuldarlıq və işlərin miqyası artıb. Artıq qeyd olunan işlərə müəssisədən kənar sifariş əsasında sərf olunan vəsaitə də qənaət olunur.
Araşdırmaların və yoxlama-sınaq tədbirlərinin genişləndirilməsi korroziyanın səbəblərinin əsaslı öyrənilməsinə, yeni mübarizə vasitələrinin tətbiqinə şərait yaradıb. Bütün bunlar metropoliten tunellərinin təhlükəsiz istismar müddətini uzatmaqla, nümunəvi xidməti yüksək hədlərə çatdırmağa kömək edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info