Nazir: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regiona inkişaf gətirəcək”
Tarix: 06.03.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda ədalətli nizamlanmasına ümidvardır.
“Ümidvaram ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın perspektivdə öz ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək”, - deyə E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində köklü islahatlar həyata keçirilir.bu günlərdə TAP, TANAP, Böyük İpək Yolu, Şİmal-Cənub kimi nəhəng qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir.
“Bu da öz növbəsində, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızın rifahını daha da artıracaq”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov bildirib ki, hazırda Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur.Təsadüfi deyildir ki, respublikamız regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info