“BDU Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir”
Tarix: 06.03.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


İsmayıl Kərimov: “Hər bir tələbə elm öyrənməklə yanaşı, ictimai işlərdə də aktiv olmalıdır”

Müsahibimiz Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimovdur.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Kərimov İsmayıl Zaur oğlu, 11 oktyabr 1996-cı ildə Gəncə şəhərində anadan olmuşam. 2013-cü ildə M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin məzunu olmuşam. Elə həmin il Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuşam. Hazırda bakalavr pilləsi üzrə 4-cü kurs tələbəsiyəm. Universitetin elə ilk illərindən Tələbə Gənclər Təşkilatına qoşularaq tədbirlərdə aktiv iştirak etmişəm. 2-ci kursda təhsil alan zaman oxuduğum fakültə üzrə 2 ay müddətində Tələbə Gənclər Təşkilatının sədri, daha sonra Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsində çalışmışam. Artıq keçən ilin mart ayından etibarən Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edirəm.
- BDU ölkəmizin bir nömrəli ali təhsil ocaqlarından biridir. Bu universitetdə TGT sədri olmaq, yəqin sizin üçün böyük fəxrdir.
-Əlbəttə. Bildiyiniz kimi, BDU 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən təsis edilib. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək deyib ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş şəkildə qeyd olunması, 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verməsi və yubiley tədbirinə qatılması müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. BDU Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir. Bu gün ölkədə aparılan təhsil islahatlarının önündə gedən Bakı Dövlət Universiteti kollektivi Avropaya sürətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksəkixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir.
-BDU tələbələrinin uğurlarının da sayı hesaba gəlməz.
-Hazırda Bakı Dövlət Universitetinin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. Uğurlara gəldikdə isə oğlanlardan və qızlardan ibarət 25 nəfərlik «Səda» rəqs ansamblı universitet və respublika əhəmiyyətli tədbirlərlə yanaşı, dəfələrlə qastrol səfərlərində olub, o cümlədən Türkiyə Respublikasında festivallara qatılaraq diplom və müxtəlif mükafatlara layiq görülüb. Universitetlə yaşıd olan qurumlardan biri də Klubdur. Müxtəlif formalarda fəaliyyət göstərən Klub, bədii özfəaliyyət ansamblı kimi işini davam etdirir. Klubda qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, Xor kollektivi, “Break dance” qrupu və Dram dərnəyi fəaliyyət göstərir. Klub, həmçinin BDU akt zallarının və konfrans otaqlarının texniki təchizat işlərini həyata keçirir, universitetin, o cümlədən Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən bütün əlamətdar tədbirlərdə, Gənclər və İdman Nazirliyinin “Tələbə baharı” və digər festivallarında, milli bayramlarda, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edir. 25-26 noyabr 2006-cı il tarixlərində keçirilən III Bakı şəhər ali məktəblərarası debat turnirində həm rus, həm də Azərbaycan dilli komandalarımız I yer tutub. Noyabr ayında Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi narkomaniya əleyhinə devizi altında qızlardan ibarət voleybol komandalarının turnirində universitetimizin komandası II yer tutdu, Bakı şəhər GİBİ-nin təşkil etdiyi Novruz bayramına həsr olunmuş Xonça müsabiqəsində BDU-nun TGT-nin xonçası ən yaxşı tərtibata görə III yerə layiq görüldü. 27 Aprel 2007-ci il tarixində GİBİ tərəfindən keçirilən breyn-rinq intellektual yarışmasında isə TGT-nin komandası III yer tutdu. 2007-ci il tarixində “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” oyunu üzrə keçirilən Respublika Çempionatında III yeri tutdu. 14-16 may 2007-ci il tarixində isə Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan «Beynəlxalq ailə günü»nə həsr olunmuş qızlar arasında futbol çempionatında TGT-nin yaratdığı komanda I yer tutdu. 2007-ci ildə “RED BULL GRAVİTY CHALLENGE” üzrə çempionluğu, “Xəmsə” Milli İntellektual Oyun üzrə Universitet Liqası Çempionu Tələbə Hesablama mərkəzi ilə Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin TGT-nin sədri ilə birgə I kurs tələbələri üçün Delfi proqramlaşdırma seminarı və Webtexnologiyalar üzrə seminar təşkil olunmasını da qeyd edə bilərəm. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Debat klubu Abşeron Gənclər Debat Forumu üzrə çempion Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi açıq turnirdə Məmmədbağır Cəbrayılovun 4-cü ən yaxşı spiker, 2010-cu ildə 5 universitet (ADNA, ADPU, BDU, ADMİU, AzMİU) arasında keçirilmiş turnirin çempionu və yenə həmin tələbə Məmmədbağır Cəbrayılovun 1-ci ən yaxşı spiker olmasını da deyə bilərəm. Həmçinin 2011-ci il Parlament Debatı üzrə Respublika Debat Turnirində BDU-nun “Undesputed” komandası 3-cü yer tutub. 2011-ci ildə Yaz Respublika Debat Forumunda Adil Bəkirov 7-ci ən yaxşı spiker, Bakı Dövlət Universitetinin Badminton komandası ölkə çempionu olub. 5 dekabr 2015-ci il tarixində Bakı Debat Forumunun növbəti çempionatı baş tutub ki, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Debat klubu çempionatda 3 komanda ilə təmsil olunub. Bakı debat forumunun final mərhələsinə vəsiqə qazanan hər 2 komanda BDU Debat klubunun komandaları olan "Qeyd Şərtsiz” və “Konkret” komandaları olub. “Qeyd Şərtsiz” komandası 1-ciliyi əldə edərək turnirin çempionu olub, 2015-ci il Respublika Gənclər Debat Forumu, 2015 Payız Kuboku, 2015-ci il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə Həsr Olunmuş “ODLAR YURDU” oyunu üzrə turnirdə Azərbaycan Kiber İdman Federasiyası Tərəfindən II yer tutduğuna görə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Əliyev Rüstəm diplomla təltif olunub. 08.12.2015-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən "Şən və Hazırcavablar Klubu" Azərbaycan Regional Liqası üzrə 18 komanda arasında çempion olaraq 1-ci yerə layiq görülüb. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən "Şən Hazırcavablar Klubu" 8.11.2015-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən "Asan könüllülərin kuboku" yarışında iştirak edib və 2-ci yerin sahibi olub. Nəzərinizə çatdırmaq istərdim ki, universitetimizin "Şən Hazırcavablar Klubu" liqa üzrə 1-ci yerin sahibidir. 2016-cı ilin fevral ayında Atıcılıq üzrə II yeri tutublar.
-BDU-nun tələbə-könüllüləri də tədbirlərdə aktiv iştirak edirlər.
-Doğrudur. Könüllülərimiz iştirak etdikləri tədbirlərdə öz töhfələrini verirlər. Bunlara misal olaraq “Eurovison” mahnı müsabiqəsi, “Bakı-2015” Avropa Oyunları, “BMT form AİSEC MODEL UN AZERBAİJAN”, Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin multikulturalizmə həsr olunmuş regional sessiyası, “Fair Play Congress” ( Milli Olimpia Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ), AFFA, Gimnastika üzrə Dünya Çempionatı Gimnastika üzrə Dünya Kuboku, Gənclər Düşərgəsi 2015 (Təbiət Dostları gənclər təşkilatı ilə ), 1-ci tələbə könüllü proqramı, Mil sosium 4-cü təlim proqramı, “Eurovillage Saygreen Earth Day Lets Do İt Azerbaijan”, Formula 1 Avropa Qran-prisini göstərə bilərəm. Tələbələrin beynəlxalq layihələrdə iştirakına gəldikdə isə “European Youth Olimpic Trials 2014, European Youth Olimpic Festival 2015, No Hate Speech Movenment 2015”-i deyə bilərəm. Ümumiyyətlə, hər bir tələbə elm öyrənməklə yanaşı, ictimai işlərdə də aktiv olmalıdır.
(Ardı var)


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info