Aleksis Sançes qərarını verdi
Tarix: 06.03.2017 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


“Arsenal”ın hücumçusu Aleksis Sançes gələcək karyerası ilə bağlı qərarını verib. Çilili forvard yayda klubunu dəyişəcək.
Buna səbəb ulduz futbolçunun komanda yoldaşları ilə yola getməməsidir. Premyer Liqanın XXVII turunda “Liverpul”la (1:3) qarşılaşmadan öncəki məşqdə intizamsız davranışlarla diqqət çəkən Sançes bu üzdən matça ehtiyat oyunçular skamyasından başlamışdı. Baş məşqçi Arsen Vengerin bu qərarından sonra rəhbərliklə görüşən 28 yaşlı oyunçu yeni müqavilə imzalamayacağını və mövsümün sonunda ayrılmaq istədiyini bildirib. Baş verənlərdən yararlanan “Yuventus” vaxt itirmədən ingilislərlə danışıqlara başlayıb. İtaliya çempionu London təmsilçisinə 30 milyon avro təklif edib. Qeyd edək ki, “Arsenal”a 2014-cü ildə “Barselona”dan keçən Aleksis Sançesin “topçular”la anlaşma müddəti gələn ilin yayına qədərdir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info