Barak Obama Donald Trampın telefonunu dinləyibmi?
Tarix: 06.03.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Ağ Ev Barak Obamanın prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə halının mövcudluğu barədə təhqiqat aparmaq tələbi ilə Konqresə müraciət edib. Burada söhbət seçki kampaniyası zamanı Donald Trampın telefonlarının dinlənməsi ehtimalından gedir. “Euronews” telekanalı xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın hazırkı Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində Obama administrasiyasının Nyu-York şəhərində respublikaçı namizədin seçki qərargahının yerləşdiyi “Trump Tower” binasındakı danışıqları dinlədiyini yazmışdı. Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın milli kəşfiyyatına başçılıq edən Ceyms Klapper dinlənmə ilə bağlı ehtimalları inkar etsə də, digər qurumların əvəzinə danışa bilməyəcəyini deyib. ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi Prezident Donald Trampın iddialarının təkzib edilməsi və məsələ ilə bağlı izahat verilməsi tələbi ilə ölkənin Ədliyyə Nazirliyinə müraciət edib. Demokrat-konqresmenlər isə öz növbəsində respublikaçı-prezidenti seçki kampaniyasına Rusiyanın ehtimal olunan müdaxiləsi ilə bağlı təhqiqatdan diqqəti yayındırmağa cəhd etməkdə günahlandırıb. Onu da qeyd edək ki, Tramp İraqı vətəndaşlarının Birləşmiş Ştatlara girişi məhdudlaşdırılan müsəlman ölkələrinin siyahısından çıxarıb. TASS xəbər verir ki, Bağdad hökumətinin Vaşinqtonla terrorizmə qarşı əməkdaşlığı aktivləşdirməsi İraqın siyahıdan çıxarılmasına şərait yaradıb. Qeyd edilib ki, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişinin 90 günlük məhdudlaşdırılması artıq təsdiqlənib. İraqın istisna edilməsinin səbəbi hökumətin ölkədən çıxanlara qarşı yeni yoxlamalar tətbiq etməsidir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info