Sahibkarlar üçün seminar
Tarix: 15.04.2013 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.
Sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə 26-28 fevral və 14 mart tarixlərində namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib.
Müsabiqələrdə iştirak edən 70 sahibkar və menecerdən 51-i müsabiqələrdə müvəffəqiyyət qazanıb. Onlardan 23-ü (ingilisdilli qrup) aprelin 21-dən mayın 18-dək “Münxen və Yuxarı Bavariya üçün ticarət sənaye palatası” Tədris Mərkəzində, 22-si (ingilis dilli qrup) isə 2-29 iyun tarixlərində “TÜF Reynland Akademiyası” Tədris Mərkəzində ixtisasartırma kursları keçəcəklər. Müsabiqələrdən müvəffəqiyyətlə keçən 4 nəfər ehtiyatda saxlanılmış, 2 nəfəri isə (aqrar sahə üzrə rus dilli qrup) 2014-cü ildə beynəlxalq qrupun tərkibində ixtisasartırma kursları keçəcəklər.
Aprelin 13-də Bakı Biznes Tədris Mərkəzində Almaniyanın “TÜF Reynland Akademiyası” Tədris Mərkəzində ixtisasartırma kursları keçəcək sahibkar və gənc menecerlər üçün GİZ-in ekspertləri Vladislav Belov və “TÜF Reynland Akademiyası” Tədris Mərkəzinin nümayəndəsi Ungruh Stefan Helmut tərəfindən hazırlıq seminarı keçirilib. 2 gün davam edən tədbirdə sahibkarlara və gənc menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodik vəsaitlər paylanıb.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info