Bakı-Tbilisi-Qars layihəsi iki aya bitəcək
Tarix: 07.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars layihəsi başa çatdıqda Çindən gələn bir yük dəmir yolu ilə 15 gündə Avropaya gedə biləcək

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanma mərhələsində olduğunu bildirib: “İki ay içərisində tikintini bitirib, ondan sonrakı iki aylıq müddətdə də testlərini edib, iyun ayında artıq Bakı-Tbilisi-Qars layihəsiylə dizel lokomotiv operatorluğuna
keçmək istəyirik”.

Nazir açıqlamasında qeyd edib ki, bu il qar yağması və soyuq hava şəraiti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində işləri ləngidib. Buna görə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində işlərə daha çox diqqətin artacağını vurğulayan nazir, "Bu layihə yalnız ölkəmiz üçün deyil, ölkəmiz üzərindən ticarət etmək istəyən bütün dünya ölkələri üçün əhəmiyyətli layihədir. Çindən, Qazaxıstandan, Türkmənistandan, Azərbaycandan, Gürcüstandan gələn yük ölkəmiz üzərindən Avropaya gedə biləcək”, deyib.
Ə.Arslan, layihə ilə Avropadan gələn yükün Türkiyədən Asiyaya götürüləcəyini bildirib və qeyd edib ki, bu, yalnız nəqliyyat mənasında ölkəmizi təmin edəcək əlavə dəyər deyil. Bütün dünyadakı nəqliyyat sisteminə inteqrasiya olmaqla birlikdə biz dəmir yolu sektorunda daha çox yük daşıya biləcəyik.
Layihənin Türkiyəni dəmiryolu sektorunda daha aktiv hala gətirəcəyinə diqqətçəkən Ə.Arslan, bunları qeyd edib: “Bakı-Tbilisi-Qarsın belə bir xüsusiyyəti və əhəmiyyəti var. Dəmir yolu baxımından düşündüyünüz zaman, Ədirnədən Qarsa qədər dəmir yolu var. Yəni Avropadan gələn dəmir yolu Marmaray layihəsilə iki qitəni dənizin altından keçərək Qarsa qədər gəlir, ancaq Qars sonrası yoxdur. Bunun əhəmiyyətli, əskik olan halqasını tamamlamaq baxımından Bakı-Tbilisi-Qars layihəsi ilə əlaqədar proseslər davam edir və tikinti, əslində, bitmə mərhələsinə gəlinib, ancaq qış şərtlərində bəzi yerlərdə çalışa bildik, bəzi yerlərdə çalışmadıq, çünki bu il qış çox çətin keçdi”. Türkiyə qədər dünya ölkələrinin də, adıçəkilən layihəni təqib etdiyini vurğulayan Ə.Aslan, layihənin Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının konfransında da gündəmə gəldiyini xatırladıb. Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçən həftə Pakistanda olduqlarını xatırladan nazir bildirib: “Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında 10 ölkə vardı. Bu layihə bütün bu ölkələri maraqlandırır. Onların da hamısının maraqla və əhəmiyyətlə gözlədiyi Bakı-Tbilisi-Qarsın bitməsidir. Avropa, Asiya arasındakı nəqliyyat dəhlizləri baxımından düşündüyümüzdə orta dəhlizi ən sürətli, ən qısa məsafəyə qovuşduracaq olan Bakı-Tbilisi-Qarsın bir an əvvəl bitməsini gözləyirlər. Bu layihə iyun ayı içində bitdiyində həm ölkə olaraq biz, həm də dünya ölkələri bu layihədən faydalana biləcək. Layihənin, təbii ki, Şərqi Anadoluya xeyri olacaq, ölkəmizin dəmir yolu sektoruna da ciddi xeyri olacaq”. Çindən Avropa Birliyi (AB) ölkələrinə, dünya bazarlarına gedən bir məhsulun dəniz yolu ilə 45 ilə 60 gün arasında çata bildiyini söyləyən nazir, Rusiya, şimal dəhlizi üzərindən gedən bir məhsulun da bir aydan çox müddətdə ünvanına çata bildiyini qeyd edib. Ə.Aslan, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zaman və xərc itkisini azaldacağını ifadə edərək deyib: "Orta dəhlizin tamamlayıcısı olaraq Bakı-Tbilisi-Qars bitdiyində Çindən gələn bir yük dəmir yolu ilə 15 gündə Avropaya gedə biləcək. Bunun mənası nədir? Məsafə 3-3,5 dəfə azalmış olacaq. Həm vaxta, həm xərclərə qənaət olacaq. Bu səbəbdən iqtisadi qənaətli olmayan bir çox daşımalar, daşıma müddəti 45 gündən 15 günə düşdüyündə iqtisadi qənaətli hala gələcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info