Qadınlar arasında breyn-rinq yarışı keçirilib
Tarix: 07.03.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


"AtaBank" ASC-nin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında breyn-rinq yarışı keçirilib.
Aydın Piriyev tərəfindən aparılan yarışda iştirakçıların cavablandırdığı suallar qadın dünyasına həsr olunub. Oyunun gedişində bayramın tarixi, dünya tarixində görkəmli qadınlar, qadınların cəmiyyətdə rolu və s. ilə əlaqədar maraqlı suallara cavablar səslənib.
Tədbirdə "AtaBank" ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov iştirakçıları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Komandalara təşkilatçılar tərəfindən xatirə hədiyyələri və sertifikatlar təqdim edilib. Oyun musiqi nömrələri ilə müşayiət olunub, "Excelsior Hotel & Spa Baku"nun HR-meneceri Kamran Rzayev rəngarəng Azərbaycan və xarici musiqili kompozisiyalar ifa edib.
"AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, tədbirin keçirilməsində məqsəd qadınlar üçün bayram atmosferi yaratmaq, onları sevindirmək və onların kollektivin ayrılmaz hissəsi olduğunu göstərməkdir.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaBank" ASC ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrində fəal iştirak edir və bu layihələri dəstəkləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info